Surə 18 Əl-Kəhf (Kəhf), ayə 60 – 65
-
وَإِذْ قَالَ مُوسَىٰ لِفَتَاهُ لَا أَبْرَحُ حَتَّىٰ أَبْلُغَ مَجْمَعَ الْبَحْرَيْنِ أَوْ أَمْضِيَ حُقُبًا
Bir zaman Musa öz xidmətçisinə belə demişdi: «Mən iki dənizin qovuşduğu yerə çatana qədər, yaxud uzun illər sərf edənə qədər (səfərimə) davam edəcəyəm».
18:60 -
فَلَمَّا بَلَغَا مَجْمَعَ بَيْنِهِمَا نَسِيَا حُوتَهُمَا فَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ سَرَبًا
Hər ikisi o dənizlərin qovuşduğu yerə gəlib çatdıqda (özləri ilə götürdükləri) balığı unutdular. Balıq isə dənizdə suyun altı ilə yol alıb getdi.
18:61 -
فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَاهُ آتِنَا غَدَاءَنَا لَقَدْ لَقِينَا مِنْ سَفَرِنَا هَٰذَا نَصَبًا
Onlar (dənizlərin qovuşduğu yerdən) çıxıb getdikdə (Musa) öz xidmətçisinə: «Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük» – dedi.
18:62 -
قَالَ أَرَأَيْتَ إِذْ أَوَيْنَا إِلَى الصَّخْرَةِ فَإِنِّي نَسِيتُ الْحُوتَ وَمَا أَنْسَانِيهُ إِلَّا الشَّيْطَانُ أَنْ أَذْكُرَهُ ۚ وَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ عَجَبًا
(Xidmətçi) dedi: «Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? (O zaman) mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. (Balıq dirilib) qəribə bir şəkildə dənizdə yol tutub getmişdir».
18:63 -
قَالَ ذَٰلِكَ مَا كُنَّا نَبْغِ ۚ فَارْتَدَّا عَلَىٰ آثَارِهِمَا قَصَصًا
(Musa:) «Elə istədiyimiz də bu idi!» – dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar.
18:64 -
فَوَجَدَا عَبْدًا مِنْ عِبَادِنَا آتَيْنَاهُ رَحْمَةً مِنْ عِنْدِنَا وَعَلَّمْنَاهُ مِنْ لَدُنَّا عِلْمًا
Onlar (orada) Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər.
18:65
Tərcümə: Əlixan Musayev