Surə 20 Ta Ha, ayə 25 – 54

  1. قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي

    (Musa) dedi: «Ey Rəbbim! Köksümü açıb genişlət!

    20:25
  2. وَيَسِّرْ لِي أَمْرِي

    İşimi yüngülləşdir!

    20:26
  3. وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي

    Dilimdəki düyünü aç ki,

    20:27
  4. يَفْقَهُوا قَوْلِي

    sözümü anlasınlar!

    20:28
  5. وَاجْعَلْ لِي وَزِيرًا مِنْ أَهْلِي

    Mənə öz ailəmdən bir köməkçi ver –

    20:29
  6. هَارُونَ أَخِي

    Qardaşım Harunu!

    20:30
  7. اشْدُدْ بِهِ أَزْرِي

    Onun sayəsində mənim gücümü artır!

    20:31
  8. وَأَشْرِكْهُ فِي أَمْرِي

    Onu işimə ortaq et [ona da peyğəmbərlik ver] ki,

    20:32
  9. كَيْ نُسَبِّحَكَ كَثِيرًا

    Sənə çoxlu təriflər deyək

    20:33
  10. وَنَذْكُرَكَ كَثِيرًا

    və Səni çox zikr edək.

    20:34
  11. إِنَّكَ كُنْتَ بِنَا بَصِيرًا

    Şübhəsiz ki, Sən bizi görürsən!»

    20:35
  12. قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَا مُوسَىٰ

    (Allah) buyurdu: «Dilədiyin sənə verildi, ey Musa!

    20:36
  13. وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰ

    Sənə bir dəfə də mərhəmət göstərmişdik.

    20:37
  14. إِذْ أَوْحَيْنَا إِلَىٰ أُمِّكَ مَا يُوحَىٰ

    O vaxt ki, anana vəhy olunacaq şeyi belə vəhy etdik:

    20:38
  15. أَنِ اقْذِفِيهِ فِي التَّابُوتِ فَاقْذِفِيهِ فِي الْيَمِّ فَلْيُلْقِهِ الْيَمُّ بِالسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِي وَعَدُوٌّ لَهُ ۚ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِنِّي وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِي

    «Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün». Gözüm önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı (qullarım arasında) məhəbbət oyatdım.

    20:39
  16. إِذْ تَمْشِي أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَنْ يَكْفُلُهُ ۖ فَرَجَعْنَاكَ إِلَىٰ أُمِّكَ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ ۚ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَاكَ مِنَ الْغَمِّ وَفَتَنَّاكَ فُتُونًا ۚ فَلَبِثْتَ سِنِينَ فِي أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍ يَا مُوسَىٰ

    O zaman bacın gedib (camaata) deyirdi: «Sizə onun qayğısına qalacaq birisini göstərimmi?» Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Sən (boya-başa çatdıqda) bir nəfəri öldürdün. (O vaxt) Biz səni qəm-qüssədən qurtardıq. Biz səni (çətin) sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da əzəldən yazılmış qədər görə gəlib (bu yerə) çatdın, ey Musa!

    20:40
  17. وَاصْطَنَعْتُكَ لِنَفْسِي

    Mən səni Özümə (peyğəmbər) seçdim!

    20:41
  18. اذْهَبْ أَنْتَ وَأَخُوكَ بِآيَاتِي وَلَا تَنِيَا فِي ذِكْرِي

    Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin.

    20:42
  19. اذْهَبَا إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ

    Fironun yanına gedin. Çünki o, həddini aşmışdır.

    20:43
  20. فَقُولَا لَهُ قَوْلًا لَيِّنًا لَعَلَّهُ يَتَذَكَّرُ أَوْ يَخْشَىٰ

    Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!»

    20:44
  21. قَالَا رَبَّنَا إِنَّنَا نَخَافُ أَنْ يَفْرُطَ عَلَيْنَا أَوْ أَنْ يَطْغَىٰ

    Onlar dedilər: «Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq».

    20:45
  22. قَالَ لَا تَخَافَا ۖ إِنَّنِي مَعَكُمَا أَسْمَعُ وَأَرَىٰ

    (Allah) buyurdu: «Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!

    20:46
  23. فَأْتِيَاهُ فَقُولَا إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ وَلَا تُعَذِّبْهُمْ ۖ قَدْ جِئْنَاكَ بِآيَةٍ مِنْ رَبِّكَ ۖ وَالسَّلَامُ عَلَىٰ مَنِ اتَّبَعَ الْهُدَىٰ

    Onun yanına gedib deyin: «Biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Doğru yolla gedənlərə salam olsun!

    20:47
  24. إِنَّا قَدْ أُوحِيَ إِلَيْنَا أَنَّ الْعَذَابَ عَلَىٰ مَنْ كَذَّبَ وَتَوَلَّىٰ

    Bizə vəhy edildi ki, əzab, (haqqı) yalan sayıb üz döndərənlərə veriləcəkdir!»

    20:48
  25. قَالَ فَمَنْ رَبُّكُمَا يَا مُوسَىٰ

    (Firon) dedi: «Rəbbiniz kimdir, ey Musa?»

    20:49
  26. قَالَ رَبُّنَا الَّذِي أَعْطَىٰ كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَىٰ

    (Musa) dedi: «Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da (ona) doğru yolu göstərəndir!»

    20:50
  27. قَالَ فَمَا بَالُ الْقُرُونِ الْأُولَىٰ

    (Firon) dedi: «Bəs əvvəlki nəsillərin halı necə olacaq?»

    20:51
  28. قَالَ عِلْمُهَا عِنْدَ رَبِّي فِي كِتَابٍ ۖ لَا يَضِلُّ رَبِّي وَلَا يَنْسَى

    (Musa) dedi: «Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur!»

    20:52
  29. الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًا وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ أَزْوَاجًا مِنْ نَبَاتٍ شَتَّىٰ

    O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik.

    20:53
  30. كُلُوا وَارْعَوْا أَنْعَامَكُمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِأُولِي النُّهَىٰ

    (Onlardan) həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Həqiqətən, bunlarda başa düşənlər üçün dəlillər vardır.

    20:54

Tərcümə: Əlixan Musayev