Surə 23 Əl-Muminum (Muminun), ayə 78 – 92

  1. وَهُوَ الَّذِي أَنْشَأَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۚ قَلِيلًا مَا تَشْكُرُونَ

    Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz.

    23:78
  2. وَهُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ

    Sizi yer üzündə yerləşdirən Odur. Siz Onun hüzuruna toplanacaqsınız.

    23:79
  3. وَهُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ وَلَهُ اخْتِلَافُ اللَّيْلِ وَالنَّهَارِ ۚ أَفَلَا تَعْقِلُونَ

    Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər (bunu) anlamırsınız?

    23:80
  4. بَلْ قَالُوا مِثْلَ مَا قَالَ الْأَوَّلُونَ

    Xeyr, onlar da əvvəlki (ümmətlərin) dedikləri kimi dedilər.

    23:81
  5. قَالُوا أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ

    Onlar dedilər: «Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyik?»

    23:82
  6. لَقَدْ وُعِدْنَا نَحْنُ وَآبَاؤُنَا هَٰذَا مِنْ قَبْلُ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ

    Bu (dirilmə) həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil.

    23:83
  7. قُلْ لِمَنِ الْأَرْضُ وَمَنْ فِيهَا إِنْ كُنْتُمْ تَعْلَمُونَ

    De: «Əgər bilirsinizsə, (deyin görüm) yer və onun üstündə olanlar kimindir?»

    23:84
  8. سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَذَكَّرُونَ

    Onlar: «Allahındır!» – deyəcəklər. De: «Bəs düşünüb ibrət almırsıniz?»

    23:85
  9. قُلْ مَنْ رَبُّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبُّ الْعَرْشِ الْعَظِيمِ

    De: «Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?»

    23:86
  10. سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَتَّقُونَ

    Onlar: «Allahdır!» – deyəcəklər. De: «Bəs qorxmursunuz?»

    23:87
  11. قُلْ مَنْ بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

    De: «Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?»

    23:88
  12. سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ فَأَنَّىٰ تُسْحَرُونَ

    Onlar: «Allahdır!» – deyəcəklər. De: «Bəs necə olur ki, aldanırsınız?»

    23:89
  13. بَلْ أَتَيْنَاهُمْ بِالْحَقِّ وَإِنَّهُمْ لَكَاذِبُونَ

    Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar!

    23:90
  14. مَا اتَّخَذَ اللَّهُ مِنْ وَلَدٍ وَمَا كَانَ مَعَهُ مِنْ إِلَٰهٍ ۚ إِذًا لَذَهَبَ كُلُّ إِلَٰهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ

    Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı (ibadətə layiq olan) heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır.

    23:91
  15. عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

    O, qeybi və aşkarı biləndir. (Allah) (müşriklərin) Ona qoşduqları şəriklərdən çox ucadır.

    23:92

Tərcümə: Əlixan Musayev