Surə 23 Əl-Muminum (Muminun)

  1. وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً ۖ نُسْقِيكُمْ مِمَّا فِي بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَافِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ

    Həqiqətən, ev heyvanlarında da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda (başqa) faydalar da var. Üstəlik onlardan yeyirsiniz də.

    23:21
  2. وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ

    Siz həm o heyvanlarla, həm də gəmilər ilə daşınırsınız.

    23:22
  3. وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ

    Həqiqətən, Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: «Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?»

    23:23
  4. فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ مَا هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ يُرِيدُ أَنْ يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَاءَ اللَّهُ لَأَنْزَلَ مَلَائِكَةً مَا سَمِعْنَا بِهَٰذَا فِي آبَائِنَا الْأَوَّلِينَ

    Qövmünün kafir zadəganları dedilər: «O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah (elçi göndərmək) istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik.

    23:24
  5. إِنْ هُوَ إِلَّا رَجُلٌ بِهِ جِنَّةٌ فَتَرَبَّصُوا بِهِ حَتَّىٰ حِينٍ

    Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!»

    23:25
  6. قَالَ رَبِّ انْصُرْنِي بِمَا كَذَّبُونِ

    O dedi: «Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!»

    23:26
  7. فَأَوْحَيْنَا إِلَيْهِ أَنِ اصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ ۙ فَاسْلُكْ فِيهَا مِنْ كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَنْ سَبَقَ عَلَيْهِ الْقَوْلُ مِنْهُمْ ۖ وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا ۖ إِنَّهُمْ مُغْرَقُونَ

    Biz ona vəhy etdik: «Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər canlıdan bir cüt (erkək və dişi), barəsində söz keçmiş [əleyhinə hökm verilmiş] kəslər istisna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar (suya) qərq olunacaqlar.

    23:27
  8. فَإِذَا اسْتَوَيْتَ أَنْتَ وَمَنْ مَعَكَ عَلَى الْفُلْكِ فَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي نَجَّانَا مِنَ الْقَوْمِ الظَّالِمِينَ

    Sən yanında olanlarla birlikdə gəmiyə mindiyin zaman de: «Bizi zalım qövmdən xilas edən Allaha həmd olsun!»

    23:28
  9. وَقُلْ رَبِّ أَنْزِلْنِي مُنْزَلًا مُبَارَكًا وَأَنْتَ خَيْرُ الْمُنْزِلِينَ

    (Həmçinin) de: «Ey Rəbbim! Məni mübarək bir yerə çıxart. Sən yer verənlərin ən yaxşısısan!»

    23:29
  10. إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ وَإِنْ كُنَّا لَمُبْتَلِينَ

    Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz (qullarımızı beləcə) sınağa çəkirik.

    23:30
  11. ثُمَّ أَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا آخَرِينَ

    Onlardan sonra isə başqa bir nəsil yaratdıq.

    23:31
  12. فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًا مِنْهُمْ أَنِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ

    Onlara da özlərindən bir elçi göndərdik. O dedi: «Allaha ibadət edin! Sizin ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?»

    23:32
  13. وَقَالَ الْمَلَأُ مِنْ قَوْمِهِ الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِلِقَاءِ الْآخِرَةِ وَأَتْرَفْنَاهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا مَا هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ

    Qövmünün kafir olan, Axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: «O sizin kimi sadəcə bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir.

    23:33
  14. وَلَئِنْ أَطَعْتُمْ بَشَرًا مِثْلَكُمْ إِنَّكُمْ إِذًا لَخَاسِرُونَ

    Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız.

    23:34
  15. أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنْتُمْ تُرَابًا وَعِظَامًا أَنَّكُمْ مُخْرَجُونَ

    O sizə ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra (dirildilib yenidən) çıxarılacağınızımı vəd edir?

    23:35
  16. هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ

    Sizə vəd olunan şey (həqiqətdən) çox uzaqdır, çox uzaq!

    23:36
  17. إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ

    Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik [birimiz ölür, digərimiz anadan olur] və biz dirilməyəcəyik.

    23:37
  18. إِنْ هُوَ إِلَّا رَجُلٌ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا وَمَا نَحْنُ لَهُ بِمُؤْمِنِينَ

    Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik».

    23:38
  19. قَالَ رَبِّ انْصُرْنِي بِمَا كَذَّبُونِ

    O dedi: «Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!»

    23:39
  20. قَالَ عَمَّا قَلِيلٍ لَيُصْبِحُنَّ نَادِمِينَ

    (Allah) dedi: «Onlar tezliklə peşman olacaqlar!»

    23:40

Tərcümə: Əlixan Musayev