Surə 25 Əl-Furqan (Furqan), ayə 21 – 34

  1. وَقَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا لَوْلَا أُنْزِلَ عَلَيْنَا الْمَلَائِكَةُ أَوْ نَرَىٰ رَبَّنَا ۗ لَقَدِ اسْتَكْبَرُوا فِي أَنْفُسِهِمْ وَعَتَوْا عُتُوًّا كَبِيرًا

    Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: «Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?» Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər.

    25:21
  2. يَوْمَ يَرَوْنَ الْمَلَائِكَةَ لَا بُشْرَىٰ يَوْمَئِذٍ لِلْمُجْرِمِينَ وَيَقُولُونَ حِجْرًا مَحْجُورًا

    Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaq. (Mələklər) deyəcəklər: «(Cənnətə girməyiniz) qadağandır, qadağan!»

    25:22
  3. وَقَدِمْنَا إِلَىٰ مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَنْثُورًا

    Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik.

    25:23
  4. أَصْحَابُ الْجَنَّةِ يَوْمَئِذٍ خَيْرٌ مُسْتَقَرًّا وَأَحْسَنُ مَقِيلًا

    Həmin gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaq.

    25:24
  5. وَيَوْمَ تَشَقَّقُ السَّمَاءُ بِالْغَمَامِ وَنُزِّلَ الْمَلَائِكَةُ تَنْزِيلًا

    Həmin gün göy buludla parçalanacaq və mələklər (yerə) endiriləcək.

    25:25
  6. الْمُلْكُ يَوْمَئِذٍ الْحَقُّ لِلرَّحْمَٰنِ ۚ وَكَانَ يَوْمًا عَلَى الْكَافِرِينَ عَسِيرًا

    Həmin gün gerçək hökm vermək ancaq Mərhəmətli (Allaha) məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaq.

    25:26
  7. وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا

    Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcək: «Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!

    25:27
  8. يَا وَيْلَتَىٰ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا

    Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!

    25:28
  9. لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي ۗ وَكَانَ الشَّيْطَانُ لِلْإِنْسَانِ خَذُولًا

    Çünki Zikr mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı». Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.

    25:29
  10. وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِي اتَّخَذُوا هَٰذَا الْقُرْآنَ مَهْجُورًا

    Peyğəmbər: «Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!» – deyəcək.

    25:30
  11. وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا مِنَ الْمُجْرِمِينَ ۗ وَكَفَىٰ بِرَبِّكَ هَادِيًا وَنَصِيرًا

    Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yol göstəricisi və yardımçı olaraq Rəbbin sənə yetər.

    25:31
  12. وَقَالَ الَّذِينَ كَفَرُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ الْقُرْآنُ جُمْلَةً وَاحِدَةً ۚ كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ ۖ وَرَتَّلْنَاهُ تَرْتِيلًا

    Kafirlər dedilər: «Nə üçün Quran ona bir dəfəyə bütöv nazil olmadı?» Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə (ayəbəayə) izah etdik.

    25:32
  13. وَلَا يَأْتُونَكَ بِمَثَلٍ إِلَّا جِئْنَاكَ بِالْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا

    Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, (ona cavab olaraq) Biz sənə haqqı və ən yaxşı yozumu verməyək.

    25:33
  14. الَّذِينَ يُحْشَرُونَ عَلَىٰ وُجُوهِهِمْ إِلَىٰ جَهَنَّمَ أُولَٰئِكَ شَرٌّ مَكَانًا وَأَضَلُّ سَبِيلًا

    Üzüstə sürüklənib Cəhənnəmə toplanacaq kimsələr – məhz onlar yerləri ən pis olan, (haqq) yoldan ən çox azan kimsələrdir.

    25:34

Tərcümə: Əlixan Musayev