Surə 26 Əş-Şuəra (Şuara), ayə 41 – 44

  1. فَلَمَّا جَاءَ السَّحَرَةُ قَالُوا لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْرًا إِنْ كُنَّا نَحْنُ الْغَالِبِينَ

    Sehrbazlar gələn kimi Firona dedilər: «Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?»

    26:41
  2. قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًا لَمِنَ الْمُقَرَّبِينَ

    (Firon) dedi: «Bəli! Belə olacağı təqdirdə sizi (özümə) yaxın adamlardan edəcəyəm».

    26:42
  3. قَالَ لَهُمْ مُوسَىٰ أَلْقُوا مَا أَنْتُمْ مُلْقُونَ

    Musa onlara dedi: «Nə atacaqsınızsa, atın!»

    26:43
  4. فَأَلْقَوْا حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ الْغَالِبُونَ

    Onlar iplərini və əsalarını yerə atıb: «Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!» – dedilər.

    26:44

Tərcümə: Əlixan Musayev