Surə 26 Əş-Şuəra (Şuara), ayə 52 – 67
-
وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَسْرِ بِعِبَادِي إِنَّكُمْ مُتَّبَعُونَ
Biz Musaya: «Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız» – (deyə) vəhy etdik.
26:52 -
فَأَرْسَلَ فِرْعَوْنُ فِي الْمَدَائِنِ حَاشِرِينَ
Firon şəhərlərə (əsgər) toplayanlar göndərdi.
26:53 -
إِنَّ هَٰؤُلَاءِ لَشِرْذِمَةٌ قَلِيلُونَ
(O dedi:) «Bunlar kiçik bir dəstədir.
26:54 -
وَإِنَّهُمْ لَنَا لَغَائِظُونَ
Onlar bizi qəzəbləndirmişlər.
26:55 -
وَإِنَّا لَجَمِيعٌ حَاذِرُونَ
Biz hamımız ayıq-sayıq olmalıyıq».
26:56 -
فَأَخْرَجْنَاهُمْ مِنْ جَنَّاتٍ وَعُيُونٍ
Biz (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;
26:57 -
وَكُنُوزٍ وَمَقَامٍ كَرِيمٍ
xəzinələrdən və gözəl yerlərdən də (qovduq).
26:58 -
كَذَٰلِكَ وَأَوْرَثْنَاهَا بَنِي إِسْرَائِيلَ
Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.
26:59 -
فَأَتْبَعُوهُمْ مُشْرِقِينَ
Günəş üfüqdən qalxarkən (Firon öz əsgərləri ilə) onları təqib etməyə başladılar.
26:60 -
فَلَمَّا تَرَاءَى الْجَمْعَانِ قَالَ أَصْحَابُ مُوسَىٰ إِنَّا لَمُدْرَكُونَ
İki dəstə bir-birini görüncə Musanın səhabələri: «Biz yaxalanacağıq!» – dedilər.
26:61 -
قَالَ كَلَّا ۖ إِنَّ مَعِيَ رَبِّي سَيَهْدِينِ
(Musa) dedi: «Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcək!»
26:62 -
فَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنِ اضْرِبْ بِعَصَاكَ الْبَحْرَ ۖ فَانْفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِيمِ
Biz Musaya: «Əsanla dənizə vur!» – (deyə) vəhy etdik. (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu.
26:63 -
وَأَزْلَفْنَا ثَمَّ الْآخَرِينَ
O birilərini də ora yaxınlaşdırdıq.
26:64 -
وَأَنْجَيْنَا مُوسَىٰ وَمَنْ مَعَهُ أَجْمَعِينَ
Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
26:65 -
ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ
O birilərini isə suya qərq etdik.
26:66 -
إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ
Şübhəsiz ki, bu (hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.
26:67
Tərcümə: Əlixan Musayev