Surə 26 Əş-Şuəra (Şuara), ayə 69 – 82
-
وَاتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَاهِيمَ
Onlara İbrahimin əhvalatını da oxu.
26:69 -
إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا تَعْبُدُونَ
Bir zaman o öz atasına və tayfasına: «Nəyə ibadət edirsiniz?» – demişdi.
26:70 -
قَالُوا نَعْبُدُ أَصْنَامًا فَنَظَلُّ لَهَا عَاكِفِينَ
Onlar dedilər: «Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik».
26:71 -
قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ
O dedi: «Onlara yalvardığınız zaman sizi eşidirlərmi?
26:72 -
أَوْ يَنْفَعُونَكُمْ أَوْ يَضُرُّونَ
Yaxud sizə xeyir və ya zərər verirlərmi?»
26:73 -
قَالُوا بَلْ وَجَدْنَا آبَاءَنَا كَذَٰلِكَ يَفْعَلُونَ
Onlar dedilər: «Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük».
26:74 -
قَالَ أَفَرَأَيْتُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ
O dedi: «Siz nəyə ibadət etdiyinizi görürsünüzmü –
26:75 -
أَنْتُمْ وَآبَاؤُكُمُ الْأَقْدَمُونَ
həm siz, həm də ulu babalarınız?
26:76 -
فَإِنَّهُمْ عَدُوٌّ لِي إِلَّا رَبَّ الْعَالَمِينَ
Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.
26:77 -
الَّذِي خَلَقَنِي فَهُوَ يَهْدِينِ
(O Rəbb ki,) məni yaratmış və məni doğru yola yönəltmişdir;
26:78 -
وَالَّذِي هُوَ يُطْعِمُنِي وَيَسْقِينِ
(O Rəbb ki,) məni yedirdir və içirdir;
26:79 -
وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ
(O Rəbb ki,) xəstələndiyim zaman mənə şəfa verir;
26:80 -
وَالَّذِي يُمِيتُنِي ثُمَّ يُحْيِينِ
(O Rəbb ki,) məni öldürəcək, sonra dirildəcəkdir;
26:81 -
وَالَّذِي أَطْمَعُ أَنْ يَغْفِرَ لِي خَطِيئَتِي يَوْمَ الدِّينِ
(O Rəbb ki,) Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.
26:82
Tərcümə: Əlixan Musayev