Surə 26 Əş-Şuəra (Şuara), ayə 96 – 102
-
قَالُوا وَهُمْ فِيهَا يَخْتَصِمُونَ
Onlar orada höcətləşərək deyərlər:
26:96 -
تَاللَّهِ إِنْ كُنَّا لَفِي ضَلَالٍ مُبِينٍ
«Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –
26:97 -
إِذْ نُسَوِّيكُمْ بِرَبِّ الْعَالَمِينَ
o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.
26:98 -
وَمَا أَضَلَّنَا إِلَّا الْمُجْرِمُونَ
Bizi ancaq günahkarlar azdırdı.
26:99 -
فَمَا لَنَا مِنْ شَافِعِينَ
İndi isə bizim nə şəfaətçilərimiz,
26:100 -
وَلَا صَدِيقٍ حَمِيمٍ
nə də (bizə) canıyanan bir dostumuz var!
26:101 -
فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ
Bir də (dünyaya) qayıda bilsəydik, möminlərdən olardıq!»
26:102
Tərcümə: Əlixan Musayev