Surə 27 Ən-Nəml (Nəml), ayə 67 – 82
-
وَقَالَ الَّذِينَ كَفَرُوا أَإِذَا كُنَّا تُرَابًا وَآبَاؤُنَا أَئِنَّا لَمُخْرَجُونَ
Kafirlər dedilər: «Məgər biz və atalarımız torpağa qarışdıqdan sonra (qəbirlərdən) çıxardılacağıq?
27:67 -
لَقَدْ وُعِدْنَا هَٰذَا نَحْنُ وَآبَاؤُنَا مِنْ قَبْلُ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ
Bu (dirilmə) həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin (uydurduğu) əfsanələrdən başqa bir şey deyil».
27:68 -
قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِينَ
De: «Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur».
27:69 -
وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُنْ فِي ضَيْقٍ مِمَّا يَمْكُرُونَ
Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də ürəyini sıxma.
27:70 -
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ
Onlar: «Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?» – deyirlər.
27:71 -
قُلْ عَسَىٰ أَنْ يَكُونَ رَدِفَ لَكُمْ بَعْضُ الَّذِي تَسْتَعْجِلُونَ
De: «Ola bilsin ki, tələsik istədiyiniz şeyin bir qismi, artıq sizə yaxınlaşmışdır».
27:72 -
وَإِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ
Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, lakin onların əksəriyyəti naşükürdür.
27:73 -
وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ
Şübhəsiz ki, sənin Rəbbin onların qəlblərinin gizli saxladıqlarını və onların aşkar etdiklərini bilir.
27:74 -
وَمَا مِنْ غَائِبَةٍ فِي السَّمَاءِ وَالْأَرْضِ إِلَّا فِي كِتَابٍ مُبِينٍ
Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda [Lövhi-məhfuzda] olmasın.
27:75 -
إِنَّ هَٰذَا الْقُرْآنَ يَقُصُّ عَلَىٰ بَنِي إِسْرَائِيلَ أَكْثَرَ الَّذِي هُمْ فِيهِ يَخْتَلِفُونَ
Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin çoxunu anlatmaqdadır.
27:76 -
وَإِنَّهُ لَهُدًى وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ
Həqiqətən, o, möminlərə doğru yol göstəricisi və bir mərhəmətdir.
27:77 -
إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُمْ بِحُكْمِهِ ۚ وَهُوَ الْعَزِيزُ الْعَلِيمُ
Şübhəsiz ki, sənin Rəbbin onların arasında Öz hökmünü verəcək. O, Qüdrətlidir, Biləndir!
27:78 -
فَتَوَكَّلْ عَلَى اللَّهِ ۖ إِنَّكَ عَلَى الْحَقِّ الْمُبِينِ
Sən yalnız Allaha təvəkkül et! Çünki sən açıq-aydın haqq yoldasan.
27:79 -
إِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَىٰ وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ
Sözsüz ki, sən nə ölülərə (haqqı) eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən.
27:80 -
وَمَا أَنْتَ بِهَادِي الْعُمْيِ عَنْ ضَلَالَتِهِمْ ۖ إِنْ تُسْمِعُ إِلَّا مَنْ يُؤْمِنُ بِآيَاتِنَا فَهُمْ مُسْلِمُونَ
Sən korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən (haqqı) yalnız müsəlman ikən ayələrimizə inananlara eşitdirə bilərsən.
27:81 -
وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِنَ الْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ
O söz [Qiyamət] onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər.
27:82
Tərcümə: Əlixan Musayev