Surə 29 Əl-Ənkəbut (Ənkəbut), ayə 28 – 30
-
وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ إِنَّكُمْ لَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُمْ بِهَا مِنْ أَحَدٍ مِنَ الْعَالَمِينَ
Lutu da (xatırla!) Bir zaman o öz qövmünə belə demişdi: «Doğrudan da, siz özünüzdən əvvəlki aləmlərdən heç kəsin etmədiyi iyrənc bir iş tutursunuz.
29:28 -
أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ وَتَقْطَعُونَ السَّبِيلَ وَتَأْتُونَ فِي نَادِيكُمُ الْمُنْكَرَ ۖ فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا ائْتِنَا بِعَذَابِ اللَّهِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ
Doğrudanmı, siz (şəhvətlə) kişilərə yaxınlaşır, yol kəsir və məclislərinizdə (bir-birinizlə) murdar işlər görürsünüz?» Qövmünün cavabı isə ancaq: «Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!» – demələri oldu.
29:29 -
قَالَ رَبِّ انْصُرْنِي عَلَى الْقَوْمِ الْمُفْسِدِينَ
(Lut) dedi: «Ey Rəbbim! Fitnə-fəsad törədən qövmün əleyhinə mənə kömək et!»
29:30
Tərcümə: Əlixan Musayev