Surə 2 Əl-Bəqərə (Bəqərə), ayə 159 – 163

  1. إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَىٰ مِنْ بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ ۙ أُولَٰئِكَ يَلْعَنُهُمُ اللَّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ

    Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizlədən kəslərə həm Allah lənət edər, həm də, lənət edə bilənlər lənət oxuyarlar!

    2:159
  2. إِلَّا الَّذِينَ تَابُوا وَأَصْلَحُوا وَبَيَّنُوا فَأُولَٰئِكَ أَتُوبُ عَلَيْهِمْ ۚ وَأَنَا التَّوَّابُ الرَّحِيمُ

    Yalnız tövbə edənlər, (əməllərini) islah edənlər və (haqqı) bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!

    2:160
  3. إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ أُولَٰئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ

    Küfr edib kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!

    2:161
  4. خَالِدِينَ فِيهَا ۖ لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ

    Onlar bu lənətin içərisində həmişəlik qalarlar. Onların əzabı yüngülləşdirilməz və onlara möhlət də verilməz.

    2:162
  5. وَإِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ الرَّحْمَٰنُ الرَّحِيمُ

    Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir.

    2:163

Tərcümə: Əlixan Musayev