Surə 2 Əl-Bəqərə (Bəqərə), ayə 16 – 20
-
أُولَٰئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَىٰ فَمَا رَبِحَتْ تِجَارَتُهُمْ وَمَا كَانُوا مُهْتَدِينَ
Onlar doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Onların ticarəti qazanc gətirmədi, (özləri də) doğru yola yönəlmədilər.
2:16 -
مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَارًا فَلَمَّا أَضَاءَتْ مَا حَوْلَهُ ذَهَبَ اللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لَا يُبْصِرُونَ
Onların misalı (zülmət gecədə) od qalayan kimsənin misalına bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də (heç bir şey) görə bilməyəcəkləri zülmətlər içərisində buraxar.
2:17 -
صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَرْجِعُونَ
(Onlar) kar, lal və kordurlar. Odur ki, (doğru yola) qayıtmazlar.
2:18 -
أَوْ كَصَيِّبٍ مِنَ السَّمَاءِ فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصَابِعَهُمْ فِي آذَانِهِمْ مِنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ ۚ وَاللَّهُ مُحِيطٌ بِالْكَافِرِينَ
Yaxud onların (misalı) zülmətlər içində göy gurultusu və şimşəklə göydən yağan leysana (düşənlərin misalına) bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri (hər tərəfdən) əhatəyə almışdır.
2:19 -
يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ ۖ كُلَّمَا أَضَاءَ لَهُمْ مَشَوْا فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُوا ۚ وَلَوْ شَاءَ اللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
Şimşək az qalır ki, onların gözlərini çıxartsın. (Şimşək) (hər dəfə) onların (yolunu) işıqlandırdıqda onun (işığında) gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
2:20
Tərcümə: Əlixan Musayev