Surə 2 Əl-Bəqərə (Bəqərə), ayə 7 – 10
-
خَتَمَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَعَلَىٰ سَمْعِهِمْ ۖ وَعَلَىٰ أَبْصَارِهِمْ غِشَاوَةٌ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
Allah onların qəlblərini və qulaqlarını möhürləmişdir. Gözlərində də pərdə vardır. (Üstəlik,) onları böyük bir əzab gözləyir.
2:7 -
وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُمْ بِمُؤْمِنِينَ
İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: «Allaha və Axirət gününə inanırıq» – deyirlər.
2:8 -
يُخَادِعُونَ اللَّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ
Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. (Halbuki,) yalnız özlərini aldadır və (bunu) anlamırlar.
2:9 -
فِي قُلُوبِهِمْ مَرَضٌ فَزَادَهُمُ اللَّهُ مَرَضًا ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ
Onların qəlblərində xəstəlik vardır, (üstəlik,) Allah onların xəstəliyini artırmışdır. Yalan danışdıqlarına görə onlar üçün ağrılı-acılı bir əzab vardır.
2:10
Tərcümə: Əlixan Musayev