Surə 2 Əl-Bəqərə (Bəqərə), ayə 8 – 12

  1. وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُمْ بِمُؤْمِنِينَ

    İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: «Allaha və Axirət gününə inanırıq» – deyirlər.

    2:8
  2. يُخَادِعُونَ اللَّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ

    Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. (Halbuki,) yalnız özlərini aldadır və (bunu) anlamırlar.

    2:9
  3. فِي قُلُوبِهِمْ مَرَضٌ فَزَادَهُمُ اللَّهُ مَرَضًا ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ

    Onların qəlblərində xəstəlik vardır, (üstəlik,) Allah onların xəstəliyini artırmışdır. Yalan danışdıqlarına görə onlar üçün ağrılı-acılı bir əzab vardır.

    2:10
  4. وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ قَالُوا إِنَّمَا نَحْنُ مُصْلِحُونَ

    Onlara: «Yer üzündə fəsad törətməyin!» – deyildiyi zaman: «Biz ki, ancaq islah edənlərik!» – deyirlər.

    2:11
  5. أَلَا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَٰكِنْ لَا يَشْعُرُونَ

    Əslində, elə onların özləri fəsad törədənlərdir, lakin (bunu) başa düşmürlər.

    2:12

Tərcümə: Əlixan Musayev