Surə 2 Əl-Bəqərə (Bəqərə), ayə 8 – 20

  1. وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُمْ بِمُؤْمِنِينَ

    İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: «Allaha və Axirət gününə inanırıq» – deyirlər.

    2:8
  2. يُخَادِعُونَ اللَّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ

    Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. (Halbuki,) yalnız özlərini aldadır və (bunu) anlamırlar.

    2:9
  3. فِي قُلُوبِهِمْ مَرَضٌ فَزَادَهُمُ اللَّهُ مَرَضًا ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ

    Onların qəlblərində xəstəlik vardır, (üstəlik,) Allah onların xəstəliyini artırmışdır. Yalan danışdıqlarına görə onlar üçün ağrılı-acılı bir əzab vardır.

    2:10
  4. وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ قَالُوا إِنَّمَا نَحْنُ مُصْلِحُونَ

    Onlara: «Yer üzündə fəsad törətməyin!» – deyildiyi zaman: «Biz ki, ancaq islah edənlərik!» – deyirlər.

    2:11
  5. أَلَا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَٰكِنْ لَا يَشْعُرُونَ

    Əslində, elə onların özləri fəsad törədənlərdir, lakin (bunu) başa düşmürlər.

    2:12
  6. وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا كَمَا آمَنَ النَّاسُ قَالُوا أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاءُ ۗ أَلَا إِنَّهُمْ هُمُ السُّفَهَاءُ وَلَٰكِنْ لَا يَعْلَمُونَ

    Onlara: «İnsanlar iman gətirdiyi kimi siz də iman gətirin!» – deyildiyi zaman: «Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?» – deyirlər. Əslində, səfeh elə onların özləridir, lakin (bunu) bilmirlər.

    2:13
  7. وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا إِلَىٰ شَيَاطِينِهِمْ قَالُوا إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِئُونَ

    Onlar möminlərlə rastlaşdıqda: «Biz iman gətirdik!» – deyirlər, öz şeytanları ilə təklikdə qaldıqda isə: «Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!» – deyirlər.

    2:14
  8. اللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ

    Allah da, onlara istehza edər və azğınlıqlarını (o qədər) artırar ki, sərgərdan gəzərlər.

    2:15
  9. أُولَٰئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَىٰ فَمَا رَبِحَتْ تِجَارَتُهُمْ وَمَا كَانُوا مُهْتَدِينَ

    Onlar doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Onların ticarəti qazanc gətirmədi, (özləri də) doğru yola yönəlmədilər.

    2:16
  10. مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَارًا فَلَمَّا أَضَاءَتْ مَا حَوْلَهُ ذَهَبَ اللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لَا يُبْصِرُونَ

    Onların misalı (zülmət gecədə) od qalayan kimsənin misalına bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də (heç bir şey) görə bilməyəcəkləri zülmətlər içərisində buraxar.

    2:17
  11. صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَرْجِعُونَ

    (Onlar) kar, lal və kordurlar. Odur ki, (doğru yola) qayıtmazlar.

    2:18
  12. أَوْ كَصَيِّبٍ مِنَ السَّمَاءِ فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصَابِعَهُمْ فِي آذَانِهِمْ مِنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ ۚ وَاللَّهُ مُحِيطٌ بِالْكَافِرِينَ

    Yaxud onların (misalı) zülmətlər içində göy gurultusu və şimşəklə göydən yağan leysana (düşənlərin misalına) bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri (hər tərəfdən) əhatəyə almışdır.

    2:19
  13. يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ ۖ كُلَّمَا أَضَاءَ لَهُمْ مَشَوْا فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُوا ۚ وَلَوْ شَاءَ اللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

    Şimşək az qalır ki, onların gözlərini çıxartsın. (Şimşək) (hər dəfə) onların (yolunu) işıqlandırdıqda onun (işığında) gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.

    2:20

Tərcümə: Əlixan Musayev