Surə 30 Ər-Rum (Rum), ayə 11 – 19
-
اللَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ
Allah məxluqatı əvvəlcə (heçdən) yaradır, (öldürdükdən) sonra onu (yenidən) dirildir. Bundan sonra isə siz Ona qaytarılacaqsınız.
30:11 -
وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُبْلِسُ الْمُجْرِمُونَ
(Qiyamət) saatının gələcəyi gün günahkarlar ümidlərini itirəcəklər.
30:12 -
وَلَمْ يَكُنْ لَهُمْ مِنْ شُرَكَائِهِمْ شُفَعَاءُ وَكَانُوا بِشُرَكَائِهِمْ كَافِرِينَ
(Allaha qoşduqları) şəriklərindən onlar üçün şəfaətçilər olmayacaq. (Allaha qoşduqları) şəriklər onları inkar edəcəklər.
30:13 -
وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَتَفَرَّقُونَ
Məhz (Qiyamət) saatının gələcəyi gün (möminlərlə kafirlər) ayrılacaqlar.
30:14 -
فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَهُمْ فِي رَوْضَةٍ يُحْبَرُونَ
İman gətirib yaxşı işlər görənlərə gəlincə isə, onlar Cənnət bağçalarında şadlıq içində olacaqlar.
30:15 -
وَأَمَّا الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا وَلِقَاءِ الْآخِرَةِ فَأُولَٰئِكَ فِي الْعَذَابِ مُحْضَرُونَ
Kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını yalan sayanlar isə əzaba giriftar ediləcəklər.
30:16 -
فَسُبْحَانَ اللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ
Odur ki, siz axşama yetişəndə və səhərə çıxanda Allahın şəninə çoxlu tərif söyləyin.
30:17 -
وَلَهُ الْحَمْدُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَعَشِيًّا وَحِينَ تُظْهِرُونَ
Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də (Onun şəninə təriflər deyin!)
30:18 -
يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَيُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ وَكَذَٰلِكَ تُخْرَجُونَ
O, ölüdən diri, diridən də ölü çıxardır; yeri ölümündən sonra dirildir. Siz də (qəbirlərinizdən) belə (dirildilib) çıxardılacaqsınız.
30:19
Tərcümə: Əlixan Musayev