Surə 31 Loğman, ayə 12 – 13
-
وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ ۚ وَمَنْ يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ ۖ وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ
Biz Loğmana hikmət verdik: «Allaha şükür et! Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, (bilsin ki), Allah (onun şükrünə) möhtac deyil, Tərifəlayiqdir».
31:12 -
وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ ۖ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ
Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: «Oğlum! (Allaha) şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!»
31:13
Tərcümə: Əlixan Musayev