Surə 34 Səba, ayə 46 – 54

  1. قُلْ إِنَّمَا أَعِظُكُمْ بِوَاحِدَةٍ ۖ أَنْ تَقُومُوا لِلَّهِ مَثْنَىٰ وَفُرَادَىٰ ثُمَّ تَتَفَكَّرُوا ۚ مَا بِصَاحِبِكُمْ مِنْ جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ لَكُمْ بَيْنَ يَدَيْ عَذَابٍ شَدِيدٍ

    De: «Mənim sizə yalnız bircə nəsihətim var; Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da bir düşünün. Sizin dostunuzda heç bir dəlilik (əlaməti) yoxdur. O, şiddətli əzab gəlməzdən əvvəl sizi ancaq xəbərdar edəndir».

    34:46
  2. قُلْ مَا سَأَلْتُكُمْ مِنْ أَجْرٍ فَهُوَ لَكُمْ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ

    De: «Mən sizdən bir mükafat istəmişəmsə, o sizin olsun. Mənim mükafatımı ancaq Allah verəcək. O, hər şeyə Şahiddir».

    34:47
  3. قُلْ إِنَّ رَبِّي يَقْذِفُ بِالْحَقِّ عَلَّامُ الْغُيُوبِ

    De: «Rəbbim haqqı endirir. O, qeybləri biləndir».

    34:48
  4. قُلْ جَاءَ الْحَقُّ وَمَا يُبْدِئُ الْبَاطِلُ وَمَا يُعِيدُ

    De: «Haqq gəldi. Batil (ona qarşı) nə ortaya (bir şey) çıxarar, nə də (onu) geri qaytara bilər.»

    34:49
  5. قُلْ إِنْ ضَلَلْتُ فَإِنَّمَا أَضِلُّ عَلَىٰ نَفْسِي ۖ وَإِنِ اهْتَدَيْتُ فَبِمَا يُوحِي إِلَيَّ رَبِّي ۚ إِنَّهُ سَمِيعٌ قَرِيبٌ

    De: «Əgər mən (haqq) yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən, O, eşidəndir, yaxındır».

    34:50
  6. وَلَوْ تَرَىٰ إِذْ فَزِعُوا فَلَا فَوْتَ وَأُخِذُوا مِنْ مَكَانٍ قَرِيبٍ

    Kaş, sən o (kafirləri) qorxuya düşdükləri vaxt görəydin. (Onlar) qaçıb (canlarını) qurtara bilməyəcək və (onsuz da) yaxın bir yerdə ələ keçiriləcəklər.

    34:51
  7. وَقَالُوا آمَنَّا بِهِ وَأَنَّىٰ لَهُمُ التَّنَاوُشُ مِنْ مَكَانٍ بَعِيدٍ

    Onlar: «Biz ona inandıq!» – deyəcəklər. Axı uzaq bir yerdə – (Axirətdə) imana necə nail ola bilərlər?!

    34:52
  8. وَقَدْ كَفَرُوا بِهِ مِنْ قَبْلُ ۖ وَيَقْذِفُونَ بِالْغَيْبِ مِنْ مَكَانٍ بَعِيدٍ

    Halbuki bundan əvvəl onu inkar edir və uzaq bir yerdən qeyb haqqında fikir yürüdürdülər.

    34:53
  9. وَحِيلَ بَيْنَهُمْ وَبَيْنَ مَا يَشْتَهُونَ كَمَا فُعِلَ بِأَشْيَاعِهِمْ مِنْ قَبْلُ ۚ إِنَّهُمْ كَانُوا فِي شَكٍّ مُرِيبٍ

    Onlarla arzuladıqları şey arasına sədd çəkilər. Daha əvvəl özlərinə bənzər kəslərə də belə edilmişdir. Həqiqətən, onlar anlaşılmaz bir şübhə içində idilər.

    34:54

Tərcümə: Əlixan Musayev