Surə 35 Fatir, ayə 1 – 4

  1. الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَثْنَىٰ وَثُلَاثَ وَرُبَاعَ ۚ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاءُ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

    Həmd, göyləri və yeri yaradan, mələkləri iki, üç və dördqanadlı elçilər edən Allaha məxsusdur! O, yaratdıqlarından istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir.

    35:1
  2. مَا يَفْتَحِ اللَّهُ لِلنَّاسِ مِنْ رَحْمَةٍ فَلَا مُمْسِكَ لَهَا ۖ وَمَا يُمْسِكْ فَلَا مُرْسِلَ لَهُ مِنْ بَعْدِهِ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

    Allahın insanlara bəxş etdiyi mərhəmətin qarşısını heç kəs ala bilməz. Onun vermədiyi bir şeyi də Ondan başqa heç kəs göndərə bilməz. O, Qüdrətlidir, Hikmət sahibidir.

    35:2
  3. يَا أَيُّهَا النَّاسُ اذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ ۚ هَلْ مِنْ خَالِقٍ غَيْرُ اللَّهِ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ ۚ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ

    Ey insanlar! Allahın sizə verdiyi nemətini xatırlayın. Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Siz necə də (haqdan) döndərilirsiniz!

    35:3
  4. وَإِنْ يُكَذِّبُوكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌ مِنْ قَبْلِكَ ۚ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ

    Əgər onlar səni yalançı hesab etsələr, (bil ki,) səndən əvvəl də elçilər yalançı hesab olunmuşdu. Bütün işlər ancaq Allaha qaytarılacaqdır.

    35:4

Tərcümə: Əlixan Musayev