Surə 35 Fatir, ayə 15 – 26
-
يَا أَيُّهَا النَّاسُ أَنْتُمُ الْفُقَرَاءُ إِلَى اللَّهِ ۖ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir.
35:15 -
إِنْ يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍ جَدِيدٍ
Əgər istəsə, sizi yox edib (yerinizə) yeni bir məxluq gətirər.
35:16 -
وَمَا ذَٰلِكَ عَلَى اللَّهِ بِعَزِيزٍ
Bu, Allah üçün çətin deyil.
35:17 -
وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۚ وَإِنْ تَدْعُ مُثْقَلَةٌ إِلَىٰ حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَيْءٌ وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۗ إِنَّمَا تُنْذِرُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ بِالْغَيْبِ وَأَقَامُوا الصَّلَاةَ ۚ وَمَنْ تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفْسِهِ ۚ وَإِلَى اللَّهِ الْمَصِيرُ
Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən (Onu) görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim (günahlardan) təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış də ancaq Allahadır.
35:18 -
وَمَا يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ
Kor ilə görən eyni deyil,
35:19 -
وَلَا الظُّلُمَاتُ وَلَا النُّورُ
zülmətlərlə nur da,
35:20 -
وَلَا الظِّلُّ وَلَا الْحَرُورُ
kölgə ilə bürkü də (eyni deyil).
35:21 -
وَمَا يَسْتَوِي الْأَحْيَاءُ وَلَا الْأَمْوَاتُ ۚ إِنَّ اللَّهَ يُسْمِعُ مَنْ يَشَاءُ ۖ وَمَا أَنْتَ بِمُسْمِعٍ مَنْ فِي الْقُبُورِ
Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə (haqqı) eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən.
35:22 -
إِنْ أَنْتَ إِلَّا نَذِيرٌ
Sən ancaq qorxudub xəbərdar edənsən.
35:23 -
إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا ۚ وَإِنْ مِنْ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٌ
Həqiqətən, Biz səni haqla müjdə verən və xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən (bir peyğəmbər) gəlmiş olmasın.
35:24 -
وَإِنْ يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ جَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ وَبِالزُّبُرِ وَبِالْكِتَابِ الْمُنِيرِ
Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də (elçiləri) yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər.
35:25 -
ثُمَّ أَخَذْتُ الَّذِينَ كَفَرُوا ۖ فَكَيْفَ كَانَ نَكِيرِ
Sonra Mən (haqqı) inkar edənləri yaxaladım. (Görəydin) Mənim (onları) həlak etməyim necə oldu!
35:26
Tərcümə: Əlixan Musayev