Surə 37 Əs-Saffat (Saffat), ayə 114 – 137

  1. وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَارُونَ

    Biz Musa ilə Haruna da nemət bəxş etdik.

    37:114
  2. وَنَجَّيْنَاهُمَا وَقَوْمَهُمَا مِنَ الْكَرْبِ الْعَظِيمِ

    Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq.

    37:115
  3. وَنَصَرْنَاهُمْ فَكَانُوا هُمُ الْغَالِبِينَ

    Onlara kömək göstərdik və (onlar) qalib gəldilər.

    37:116
  4. وَآتَيْنَاهُمَا الْكِتَابَ الْمُسْتَبِينَ

    Onların ikisinə də aydın bir Kitab verdik.

    37:117
  5. وَهَدَيْنَاهُمَا الصِّرَاطَ الْمُسْتَقِيمَ

    Hər ikisini də doğru yola yönəltdik.

    37:118
  6. وَتَرَكْنَا عَلَيْهِمَا فِي الْآخِرِينَ

    Sonradan gələnlər arasında hər ikisinə (gözəl xatirə) qoyduq.

    37:119
  7. سَلَامٌ عَلَىٰ مُوسَىٰ وَهَارُونَ

    Musaya və Haruna salam olsun!

    37:120
  8. إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ

    Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

    37:121
  9. إِنَّهُمَا مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ

    Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır.

    37:122
  10. وَإِنَّ إِلْيَاسَ لَمِنَ الْمُرْسَلِينَ

    Şübhəsiz ki, İlyas da elçilərdəndir.

    37:123
  11. إِذْ قَالَ لِقَوْمِهِ أَلَا تَتَّقُونَ

    Bir zaman o öz qövmünə demişdi: «Məgər qorxmursunuz?

    37:124
  12. أَتَدْعُونَ بَعْلًا وَتَذَرُونَ أَحْسَنَ الْخَالِقِينَ

    Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız –

    37:125
  13. اللَّهَ رَبَّكُمْ وَرَبَّ آبَائِكُمُ الْأَوَّلِينَ

    həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı (tərk edirsiniz)?»

    37:126
  14. فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ

    Onlar onu yalançı saydılar. Ona görə də hamısı (Cəhənnəmə) gətiriləcəkdir.

    37:127
  15. إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ

    Yalnız Allahın seçilmiş (səmimi) qullarından başqa.

    37:128
  16. وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ

    Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.

    37:129
  17. سَلَامٌ عَلَىٰ إِلْ يَاسِينَ

    İlyasinə salam olsun!

    37:130
  18. إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ

    Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

    37:131
  19. إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ

    Həqiqətən, o Bizim mömin qullarımızdandır.

    37:132
  20. وَإِنَّ لُوطًا لَمِنَ الْمُرْسَلِينَ

    Şübhəsiz ki, Lut da elçilərdəndir.

    37:133
  21. إِذْ نَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ

    Bir zaman Biz onu və onun bütün ailəsini xilas etmişdik.

    37:134
  22. إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَ

    Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.

    37:135
  23. ثُمَّ دَمَّرْنَا الْآخَرِينَ

    Sonra da o birilərini yerli-dibli yox etdik.

    37:136
  24. وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِمْ مُصْبِحِينَ

    Siz həm səhər çağı onların yanından keçirsiniz,

    37:137

Tərcümə: Əlixan Musayev