Surə 3 Ali-İmran, ayə 149 – 155

  1. يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تُطِيعُوا الَّذِينَ كَفَرُوا يَرُدُّوكُمْ عَلَىٰ أَعْقَابِكُمْ فَتَنْقَلِبُوا خَاسِرِينَ

    Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi (dininizdən) geri döndərər və beləliklə də, siz ziyana uğramış halda geri dönərsiniz.

    3:149
  2. بَلِ اللَّهُ مَوْلَاكُمْ ۖ وَهُوَ خَيْرُ النَّاصِرِينَ

    Halbuki, sizin himayəçiniz Allahdır. O, kömək edənlərin ən yaxşısıdır.

    3:150
  3. سَنُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُوا الرُّعْبَ بِمَا أَشْرَكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا ۖ وَمَأْوَاهُمُ النَّارُ ۚ وَبِئْسَ مَثْوَى الظَّالِمِينَ

    Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin qəlblərinə qorxu salacağıq. Onların gedəcəkləri yer Oddur. Zalımların məskunlaşacağı yer nə pisdir!

    3:151
  4. وَلَقَدْ صَدَقَكُمُ اللَّهُ وَعْدَهُ إِذْ تَحُسُّونَهُمْ بِإِذْنِهِ ۖ حَتَّىٰ إِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِي الْأَمْرِ وَعَصَيْتُمْ مِنْ بَعْدِ مَا أَرَاكُمْ مَا تُحِبُّونَ ۚ مِنْكُمْ مَنْ يُرِيدُ الدُّنْيَا وَمِنْكُمْ مَنْ يُرِيدُ الْآخِرَةَ ۚ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ ۖ وَلَقَدْ عَفَا عَنْكُمْ ۗ وَاللَّهُ ذُو فَضْلٍ عَلَى الْمُؤْمِنِينَ

    Siz Allahın izni ilə (düşmənlərinizi) qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, (Allah) sizə istədiyiniz (qələbəni) göstərdikdən sonra siz zəiflik göstərib (Peyğəmbərin) əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra (Allah) sizi sınamaq üçün (üzünüzü) onlardan döndərdi. O, artıq sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.

    3:152
  5. إِذْ تُصْعِدُونَ وَلَا تَلْوُونَ عَلَىٰ أَحَدٍ وَالرَّسُولُ يَدْعُوكُمْ فِي أُخْرَاكُمْ فَأَثَابَكُمْ غَمًّا بِغَمٍّ لِكَيْلَا تَحْزَنُوا عَلَىٰ مَا فَاتَكُمْ وَلَا مَا أَصَابَكُمْ ۗ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

    O zaman Peyğəmbər arxanızdan – (düşmənə yaxın olan sıralardan) sizi çağırdığı halda, siz heç kəsə dönüb baxmadan (düşməndən) qaçırdınız. (Allah da) qəminizin üstünə qəm qoymaqla sizi cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır.

    3:153
  6. ثُمَّ أَنْزَلَ عَلَيْكُمْ مِنْ بَعْدِ الْغَمِّ أَمَنَةً نُعَاسًا يَغْشَىٰ طَائِفَةً مِنْكُمْ ۖ وَطَائِفَةٌ قَدْ أَهَمَّتْهُمْ أَنْفُسُهُمْ يَظُنُّونَ بِاللَّهِ غَيْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِيَّةِ ۖ يَقُولُونَ هَلْ لَنَا مِنَ الْأَمْرِ مِنْ شَيْءٍ ۗ قُلْ إِنَّ الْأَمْرَ كُلَّهُ لِلَّهِ ۗ يُخْفُونَ فِي أَنْفُسِهِمْ مَا لَا يُبْدُونَ لَكَ ۖ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ الْأَمْرِ شَيْءٌ مَا قُتِلْنَا هَاهُنَا ۗ قُلْ لَوْ كُنْتُمْ فِي بُيُوتِكُمْ لَبَرَزَ الَّذِينَ كُتِبَ عَلَيْهِمُ الْقَتْلُ إِلَىٰ مَضَاجِعِهِمْ ۖ وَلِيَبْتَلِيَ اللَّهُ مَا فِي صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِي قُلُوبِكُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

    Sonra bu qəm-qüssənin ardınca (Allah) sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. Bir dəstə də, öz canlarının hayına qalaraq: «Bu işdə bizim üçün bir xeyir varmı?» – deyə, Allah barəsində haqsız yerə, cahiliyyə (dövründəkinə bənzər) zənnə qapıldılar. De: «Sözsüz ki, bütün işlər Allaha aiddir!» Onlar sənə açıb demədiklərini öz içərilərində gizlədərək: «Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik» – deyirlər. De: «Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi əzəldən yazılmış kəslər, yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq və qəlblərinizdə olanları təmizləmək üçün (belə etdi). Allah kökslərdə olanları bilir.»

    3:154
  7. إِنَّ الَّذِينَ تَوَلَّوْا مِنْكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُوا ۖ وَلَقَدْ عَفَا اللَّهُ عَنْهُمْ ۗ إِنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ

    (Uhudda) iki qoşun qarşılaşdığı gün içərinizdən geri dönənləri şeytan qazandıqları bəzi günahlar üzündən səhv etməyə sövq etdi. (Buna baxmayaraq) Allah onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir.

    3:155

Tərcümə: Əlixan Musayev