Surə 3 Ali-İmran, ayə 45 – 47
-
إِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ
O zaman mələklər demişdilər: «Ey Məryəm, həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə səni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. O, həm bu dünyada, həm də axirətdə şan-şöhrətli və (Allaha) yaxın olanlardandır.
3:45 -
وَيُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلًا وَمِنَ الصَّالِحِينَ
O, həm beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaq və salehlərdən olacaqdır.»
3:46 -
قَالَتْ رَبِّ أَنَّىٰ يَكُونُ لِي وَلَدٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ ۖ قَالَ كَذَٰلِكِ اللَّهُ يَخْلُقُ مَا يَشَاءُ ۚ إِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ
(Məryəm) dedi: «Ey Rəbbim! Mənə bir insan toxunmadığı halda necə övladım ola bilər?» (Allah) buyurdu: «Elədir, Allah istədiyini yaradır. O, bir işin olmasını istədikdə, ona ancaq «Ol!» – deyər, o da olar.»
3:47
Tərcümə: Əlixan Musayev