Surə 40 Ğafir, ayə 38 – 46
-
وَقَالَ الَّذِي آمَنَ يَا قَوْمِ اتَّبِعُونِ أَهْدِكُمْ سَبِيلَ الرَّشَادِ
O mömin kişi dedi: «Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola yönəldim.
40:38 -
يَا قَوْمِ إِنَّمَا هَٰذِهِ الْحَيَاةُ الدُّنْيَا مَتَاعٌ وَإِنَّ الْآخِرَةَ هِيَ دَارُ الْقَرَارِ
Ey qövmüm! Bu dünya həyatı fani bir şeydir, axirət isə əbədi qərar tutulacaq yurddur.
40:39 -
مَنْ عَمِلَ سَيِّئَةً فَلَا يُجْزَىٰ إِلَّا مِثْلَهَا ۖ وَمَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍ
Kim pis bir iş tutsa, o, ancaq etdiyi pislik qədər cəza alar. Mömin olduğu halda yaxşı iş görən kişilər və qadınlar isə Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar.
40:40 -
وَيَا قَوْمِ مَا لِي أَدْعُوكُمْ إِلَى النَّجَاةِ وَتَدْعُونَنِي إِلَى النَّارِ
Ey qövmüm! Necə olur ki, mən sizi nicat tapmağa çağırdığım halda, siz məni Cəhənnəm oduna çağırırsınız?!
40:41 -
تَدْعُونَنِي لِأَكْفُرَ بِاللَّهِ وَأُشْرِكَ بِهِ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ وَأَنَا أَدْعُوكُمْ إِلَى الْعَزِيزِ الْغَفَّارِ
Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırdığınız halda, mən sizi qüdrətli, çox bağışlayan (Allaha) çağırıram.
40:42 -
لَا جَرَمَ أَنَّمَا تَدْعُونَنِي إِلَيْهِ لَيْسَ لَهُ دَعْوَةٌ فِي الدُّنْيَا وَلَا فِي الْآخِرَةِ وَأَنَّ مَرَدَّنَا إِلَى اللَّهِ وَأَنَّ الْمُسْرِفِينَ هُمْ أَصْحَابُ النَّارِ
Heç şübhəsiz ki, sizin məni çağırdıqlarınızın nə dünyada, nə də axirətdə çağırılmağa haqqı yoxdur. Bizim dönüşümüz Allahadır. Həddi aşanlar isə od sakinləridirlər.
40:43 -
فَسَتَذْكُرُونَ مَا أَقُولُ لَكُمْ ۚ وَأُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ ۚ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ
Sizə söylədiklərimi tezliklə xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah qullarını görəndir.»
40:44 -
فَوَقَاهُ اللَّهُ سَيِّئَاتِ مَا مَكَرُوا ۖ وَحَاقَ بِآلِ فِرْعَوْنَ سُوءُ الْعَذَابِ
Allah (Musanı) onların qurduğu hiylələrin şərindən qorudu. Firon nəslini isə dəhşətli əzab bürüdü.
40:45 -
النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا ۖ وَيَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ
Onları səhər-axşam oda salırlar. (Qiyamət) saatı gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!
40:46
Tərcümə: Əlixan Musayev