Surə 40 Ğafir
-
حم
Ha. Mim.
40:1 -
تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْعَلِيمِ
Bu Kitab Qüdrətli, Müdrik Allah tərəfindən nazil edilmişdir.
40:2 -
غَافِرِ الذَّنْبِ وَقَابِلِ التَّوْبِ شَدِيدِ الْعِقَابِ ذِي الطَّوْلِ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ إِلَيْهِ الْمَصِيرُ
Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, lütfü böyük olan (Allahdan)! Ondan başqa (ibadətə layiq) məbud yoxdur. Dönüş də Onadır.
40:3 -
مَا يُجَادِلُ فِي آيَاتِ اللَّهِ إِلَّا الَّذِينَ كَفَرُوا فَلَا يَغْرُرْكَ تَقَلُّبُهُمْ فِي الْبِلَادِ
Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın.
40:4 -
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَالْأَحْزَابُ مِنْ بَعْدِهِمْ ۖ وَهَمَّتْ كُلُّ أُمَّةٍ بِرَسُولِهِمْ لِيَأْخُذُوهُ ۖ وَجَادَلُوا بِالْبَاطِلِ لِيُدْحِضُوا بِهِ الْحَقَّ فَأَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ
Onlardan əvvəl Nuh qövmü və sonrakı toplumlar da (elçiləri) yalançı saymışdılar. Hər ümmət öz elçisini yaxalamağa cəhd edirdi. Onlar haqqın yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə edirdilər. Odur ki, Mən onları (əzabla) yaxaladım. (Görəydin) Mənim cəzam necə oldu!
40:5 -
وَكَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى الَّذِينَ كَفَرُوا أَنَّهُمْ أَصْحَابُ النَّارِ
Kafirlərin od sakinləri olacağı barədə Rəbbinin sözü beləcə həqiqətə çevrildi.
40:6 -
الَّذِينَ يَحْمِلُونَ الْعَرْشَ وَمَنْ حَوْلَهُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ آمَنُوا رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَحْمَةً وَعِلْمًا فَاغْفِرْ لِلَّذِينَ تَابُوا وَاتَّبَعُوا سَبِيلَكَ وَقِهِمْ عَذَابَ الْجَحِيمِ
Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün bağışlanma diləyirlər: «Ey Rəbbimiz! Sənin rəhmətin və elmin hər şeyi əhatə etmişdir. Tövbə edib Sənin yolunla gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!
40:7 -
رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدْتَهُمْ وَمَنْ صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ ۚ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ
Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisaleh kimsələri də, onlara vəd etdiyin Ədn cənnətlərinə daxil et. Həqiqətən, Sən Qüdrətlisən, Hikmət sahibisən.
40:8 -
وَقِهِمُ السَّيِّئَاتِ ۚ وَمَنْ تَقِ السَّيِّئَاتِ يَوْمَئِذٍ فَقَدْ رَحِمْتَهُ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
Onları pisliklərdən qoru. O gün Sən kimi pisliklərdən qorusan, ona rəhm etmiş olarsan. Məhz bu, böyük uğurdur.»
40:9 -
إِنَّ الَّذِينَ كَفَرُوا يُنَادَوْنَ لَمَقْتُ اللَّهِ أَكْبَرُ مِنْ مَقْتِكُمْ أَنْفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى الْإِيمَانِ فَتَكْفُرُونَ
Kafirlərə belə xitab olunacaq: «Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyinizə görə, Allahın sizə olan nifrəti (indi) sizin özünüzə olan nifrətinizdən daha böyükdür.»
40:10 -
قَالُوا رَبَّنَا أَمَتَّنَا اثْنَتَيْنِ وَأَحْيَيْتَنَا اثْنَتَيْنِ فَاعْتَرَفْنَا بِذُنُوبِنَا فَهَلْ إِلَىٰ خُرُوجٍ مِنْ سَبِيلٍ
Onlar deyəcəklər: «Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. (Cəhənnəmdən) çıxmağa bir yol varmı?»
40:11 -
ذَٰلِكُمْ بِأَنَّهُ إِذَا دُعِيَ اللَّهُ وَحْدَهُ كَفَرْتُمْ ۖ وَإِنْ يُشْرَكْ بِهِ تُؤْمِنُوا ۚ فَالْحُكْمُ لِلَّهِ الْعَلِيِّ الْكَبِيرِ
(Onlara deyiləcək:) «Bu ona görədir ki, bir olan Allah çağırıldığı zaman siz küfr edirdiniz. Ona şərik qoşulduqda isə inanırdınız. Artıq hökm Uca və Böyük Allahındır».
40:12 -
هُوَ الَّذِي يُرِيكُمْ آيَاتِهِ وَيُنَزِّلُ لَكُمْ مِنَ السَّمَاءِ رِزْقًا ۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَنْ يُنِيبُ
Sizə Öz dəlillərini göstərən və göydən ruzi nazil edən məhz Odur. (Bundan) ancaq (Allaha) üz tutanlar ibrət alarlar!
40:13 -
فَادْعُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid edərək Ona dua edin!
40:14 -
رَفِيعُ الدَّرَجَاتِ ذُو الْعَرْشِ يُلْقِي الرُّوحَ مِنْ أَمْرِهِ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ لِيُنْذِرَ يَوْمَ التَّلَاقِ
Ən yüksək dərəcələrin və Ərşin sahibi Odur. O Öz əmri ilə vəhyi qullarından istədiyinə nazil edir ki, o, (insanları) görüş günü ilə qorxutsun.
40:15 -
يَوْمَ هُمْ بَارِزُونَ ۖ لَا يَخْفَىٰ عَلَى اللَّهِ مِنْهُمْ شَيْءٌ ۚ لِمَنِ الْمُلْكُ الْيَوْمَ ۖ لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ
O gün (insanlar) (yer üzünə) çıxacaq və onlar barədə heç bir şey Allahdan gizli qalmayacaqdır. (Allah deyəcək:) «Bu gün səltənət kimə məxsusdur? Vahid, (hər şeyə) qalib gələn Allaha məxsusdur!»
40:16 -
الْيَوْمَ تُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ ۚ لَا ظُلْمَ الْيَوْمَ ۚ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
Bu gün hər kəsə qazandığının əvəzi veriləcək. Bu gün zülm olmayacaq. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.
40:17 -
وَأَنْذِرْهُمْ يَوْمَ الْآزِفَةِ إِذِ الْقُلُوبُ لَدَى الْحَنَاجِرِ كَاظِمِينَ ۚ مَا لِلظَّالِمِينَ مِنْ حَمِيمٍ وَلَا شَفِيعٍ يُطَاعُ
Onları ürəklərin xirtdəyə çatacağı, (özləri də) qəm-qüssə içində olacaqları yaxın günlə qorxut. (O gün) zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar.
40:18 -
يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ وَمَا تُخْفِي الصُّدُورُ
(Allah) gözlərin xaincəsinə baxışını və kökslərin (nələr) gizlətdiyini bilir.
40:19 -
وَاللَّهُ يَقْضِي بِالْحَقِّ ۖ وَالَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ لَا يَقْضُونَ بِشَيْءٍ ۗ إِنَّ اللَّهَ هُوَ السَّمِيعُ الْبَصِيرُ
Allah ədalətlə hökm verər. (Onların) Ondan başqa tapındıqları (bütlər) isə heç bir şeyə hökm edə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir!
40:20
Tərcümə: Əlixan Musayev