Surə 41 Fussilət, ayə 9 – 18

  1. قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِالَّذِي خَلَقَ الْأَرْضَ فِي يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُ أَنْدَادًا ۚ ذَٰلِكَ رَبُّ الْعَالَمِينَ

    De: «Doğrudanmı siz yeri iki gündə yaradana küfr edir və (bütləri) Ona tay tutursunuz?! Axı O, aləmlərin Rəbbidir.

    41:9
  2. وَجَعَلَ فِيهَا رَوَاسِيَ مِنْ فَوْقِهَا وَبَارَكَ فِيهَا وَقَدَّرَ فِيهَا أَقْوَاتَهَا فِي أَرْبَعَةِ أَيَّامٍ سَوَاءً لِلسَّائِلِينَ

    O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, yeri bərəkətli etdi və (ruzi) istəyənlər üçün orada (yer əhlinin) ruzisini dörd gündə yerbəyer etdi.

    41:10
  3. ثُمَّ اسْتَوَىٰ إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ائْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ

    Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə buyurdu: «Könüllü surətdə və ya məcburi olaraq gəlin (əmrimə boyun əyin!)» Onlar: «Könüllü olaraq gəldik!» – dedilər.

    41:11
  4. فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَىٰ فِي كُلِّ سَمَاءٍ أَمْرَهَا ۚ وَزَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ

    O, iki gündə onları yeddi göy olaraq yaratdı və hər göyə onun özünə aid iş tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və (onu) hifz etdik. Bu, Qüdrətli və Bilən (Allahın) əzəli hökmüdür.

    41:12
  5. فَإِنْ أَعْرَضُوا فَقُلْ أَنْذَرْتُكُمْ صَاعِقَةً مِثْلَ صَاعِقَةِ عَادٍ وَثَمُودَ

    Əgər üz döndərsələr, de: «Mən sizi Ad və Səmud ildırımına bənzər bir ildırım barədə xəbərdar edirəm.»

    41:13
  6. إِذْ جَاءَتْهُمُ الرُّسُلُ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ ۖ قَالُوا لَوْ شَاءَ رَبُّنَا لَأَنْزَلَ مَلَائِكَةً فَإِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ

    Onlara önlərindən və arxalarından: «Yalnız Allaha ibadət edin!» – (deyən) elçilər gəlmişdi. Onlar isə belə cavab vermişdilər: «Əgər Rəbbimiz istəsəydi, mələklər endirərdi. Biz sizinlə göndərilənləri inkar edirik!»

    41:14
  7. فَأَمَّا عَادٌ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَقَالُوا مَنْ أَشَدُّ مِنَّا قُوَّةً ۖ أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةً ۖ وَكَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ

    Ad (qövmünə) gəlincə, onlar yer üzündə haqsızcasına təkəbbür göstərib dedilər: «Bizdən daha qüvvətli kim ola bilər?!» Məgər onlar görmürdülər ki, onları yaradan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər.

    41:15
  8. فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي أَيَّامٍ نَحِسَاتٍ لِنُذِيقَهُمْ عَذَابَ الْخِزْيِ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَخْزَىٰ ۖ وَهُمْ لَا يُنْصَرُونَ

    Biz onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün uğursuz günlərdə üstlərinə vıyıltılı külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək də edilməz.

    41:16
  9. وَأَمَّا ثَمُودُ فَهَدَيْنَاهُمْ فَاسْتَحَبُّوا الْعَمَىٰ عَلَى الْهُدَىٰ فَأَخَذَتْهُمْ صَاعِقَةُ الْعَذَابِ الْهُونِ بِمَا كَانُوا يَكْسِبُونَ

    Səmud (qövmünə) gəldikdə isə, Biz onlara doğru yol göstərdik, onlar isə korluğu doğru yoldan üstün tutdular. Odur ki, onları qazandıqları (günahlar) üzündən alçaldıcı əzab ildırımı yaxaladı.

    41:17
  10. وَنَجَّيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ

    İman gətirib (Allahdan) qorxanları isə xilas etdik.

    41:18

Tərcümə: Əlixan Musayev