Surə 42 Əş-Şura (Şura), ayə 36 – 43
-
فَمَا أُوتِيتُمْ مِنْ شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَمَا عِنْدَ اللَّهِ خَيْرٌ وَأَبْقَىٰ لِلَّذِينَ آمَنُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
Sizə verilən hər bir şey dünya həyatının keçici zövqüdür. Allahın yanında olan (nemətlər) isə daha xeyirli və daha sürəklidir. (Bunlar) iman gətirib öz Rəbbinə təvəkkül edənlər üçündür.
42:36 -
وَالَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ وَإِذَا مَا غَضِبُوا هُمْ يَغْفِرُونَ
O kəslər ki, böyük günahlardan və çirkin əməllərdən çəkinir, qəzəbləndikləri zaman (xətanı) bağışlayırlar.
42:37 -
وَالَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَمْرُهُمْ شُورَىٰ بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
O kəslər ki, Rəbbinin dəvətini qəbul edir, namaz qılır, işləri barədə öz aralarında məsləhətləşir və onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
42:38 -
وَالَّذِينَ إِذَا أَصَابَهُمُ الْبَغْيُ هُمْ يَنْتَصِرُونَ
O kəslər ki, haqsızlığa məruz qaldıqda intiqam alırlar.
42:39 -
وَجَزَاءُ سَيِّئَةٍ سَيِّئَةٌ مِثْلُهَا ۖ فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُ عَلَى اللَّهِ ۚ إِنَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ
Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və islah etsə, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir.
42:40 -
وَلَمَنِ انْتَصَرَ بَعْدَ ظُلْمِهِ فَأُولَٰئِكَ مَا عَلَيْهِمْ مِنْ سَبِيلٍ
Haqsızlığa uğradıqdan sonra qisas alanlara heç bir məzəmmət olunmaz.
42:41 -
إِنَّمَا السَّبِيلُ عَلَى الَّذِينَ يَظْلِمُونَ النَّاسَ وَيَبْغُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ ۚ أُولَٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır.
42:42 -
وَلَمَنْ صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنْ عَزْمِ الْأُمُورِ
Hər kim səbir edib bağışlasa, şübhəsiz ki, bu, məqsədə uyğun işlərdəndir.
42:43
Tərcümə: Əlixan Musayev