Surə 43 Əz-Zuxruf (Zuxruf), ayə 1 – 14

  1. حم

    Ha. Mim.

    43:1
  2. وَالْكِتَابِ الْمُبِينِ

    (Bu) aydın Kitaba and olsun!

    43:2
  3. إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ

    Biz Quranı ərəbcə etdik ki, onu anlayasınız.

    43:3
  4. وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ

    Şübhəsiz ki, o, yanımızdakı ana kitabdadır. O, ucadır, hikmətlə doludur.

    43:4
  5. أَفَنَضْرِبُ عَنْكُمُ الذِّكْرَ صَفْحًا أَنْ كُنْتُمْ قَوْمًا مُسْرِفِينَ

    Yoxsa, siz həddi aşan adamlar olduğunuza görə, Biz Zikri sizə çatdırmaqdan vaz keçməliyik?!

    43:5
  6. وَكَمْ أَرْسَلْنَا مِنْ نَبِيٍّ فِي الْأَوَّلِينَ

    Biz əvvəlki (ümmətlərə) də neçə-neçə peyğəmbər göndərmişdik.

    43:6
  7. وَمَا يَأْتِيهِمْ مِنْ نَبِيٍّ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

    Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər.

    43:7
  8. فَأَهْلَكْنَا أَشَدَّ مِنْهُمْ بَطْشًا وَمَضَىٰ مَثَلُ الْأَوَّلِينَ

    Biz onlardan daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin aqibəti ötüb keçmişdir.

    43:8
  9. وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ الْعَزِيزُ الْعَلِيمُ

    Əgər sən onlardan: «Göyləri və yeri kim yaratmışdır?» – deyə soruşsan, mütləq: «Onları Qüdrətli və Bilən (Allah) yaratmışdır!» – deyəcəklər.

    43:9
  10. الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَعَلَّكُمْ تَهْتَدُونَ

    O (Allah ki), yeri sizin üçün döşədi və orada sizin üçün yollar saldı ki, bəlkə düz yolla gedə biləsiniz.

    43:10
  11. وَالَّذِي نَزَّلَ مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَنْشَرْنَا بِهِ بَلْدَةً مَيْتًا ۚ كَذَٰلِكَ تُخْرَجُونَ

    O (Allah ki), göydən lazım olduğu qədər su endirdi. Biz onunla ölü bir diyarı diriltdik. Siz də beləcə (dirildilib) çıxarılacaqsınız.

    43:11
  12. وَالَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا وَجَعَلَ لَكُمْ مِنَ الْفُلْكِ وَالْأَنْعَامِ مَا تَرْكَبُونَ

    O (Allah ki), bütün cütləri yaratdı. Mindiyiniz gəmiləri və heyvanları yaratdı ki,

    43:12
  13. لِتَسْتَوُوا عَلَىٰ ظُهُورِهِ ثُمَّ تَذْكُرُوا نِعْمَةَ رَبِّكُمْ إِذَا اسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُوا سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَٰذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ

    onların belinə, (yaxud göyərtəsinə) qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: «Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı.

    43:13
  14. وَإِنَّا إِلَىٰ رَبِّنَا لَمُنْقَلِبُونَ

    Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq».

    43:14

Tərcümə: Əlixan Musayev