Surə 43 Əz-Zuxruf (Zuxruf), ayə 16 – 25
-
أَمِ اتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍ وَأَصْفَاكُمْ بِالْبَنِينَ
Yoxsa (Allah) yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün seçmişdir?!
43:16 -
وَإِذَا بُشِّرَ أَحَدُهُمْ بِمَا ضَرَبَ لِلرَّحْمَٰنِ مَثَلًا ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ
Onlardan birinə, Mərhəmətli (Allaha) aid etdiyi (qız uşağı) ilə müjdə verilsə, hirsindən üzü qapqara qaralar.
43:17 -
أَوَمَنْ يُنَشَّأُ فِي الْحِلْيَةِ وَهُوَ فِي الْخِصَامِ غَيْرُ مُبِينٍ
Onlar zinət içində böyüdülən və çəkişmə zamanı aydın danışa bilməyən (qızlarımı) (Allaha isnad edirlər)?!
43:18 -
وَجَعَلُوا الْمَلَائِكَةَ الَّذِينَ هُمْ عِبَادُ الرَّحْمَٰنِ إِنَاثًا ۚ أَشَهِدُوا خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَادَتُهُمْ وَيُسْأَلُونَ
Onlar Mərhəmətli (Allahın) qulları olan mələkləri qız hesab etdilər. Məgər onlar (mələklərin) yaradılışının şahidi olublar? Onların bu şahidliyi yazılacaq və buna görə cavab verməli olacaqlar.
43:19 -
وَقَالُوا لَوْ شَاءَ الرَّحْمَٰنُ مَا عَبَدْنَاهُمْ ۗ مَا لَهُمْ بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ
Onlar dedilər: «Əgər Mərhəmətli (Allah) istəsəydi, biz onlara ibadət etməzdik!» Onların bu haqda heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışırlar.
43:20 -
أَمْ آتَيْنَاهُمْ كِتَابًا مِنْ قَبْلِهِ فَهُمْ بِهِ مُسْتَمْسِكُونَ
Yoxsa onlara bundan əvvəl kitab vermişik və onlar da ona istinad edirlər?!
43:21 -
بَلْ قَالُوا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِمْ مُهْتَدُونَ
Xeyr! (Müşriklər:) «Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!» – deyirlər.
43:22 -
وَكَذَٰلِكَ مَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ فِي قَرْيَةٍ مِنْ نَذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِمْ مُقْتَدُونَ
Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən (bir peyğəmbər) göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: «Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!» – dedilər.
43:23 -
قَالَ أَوَلَوْ جِئْتُكُمْ بِأَهْدَىٰ مِمَّا وَجَدْتُمْ عَلَيْهِ آبَاءَكُمْ ۖ قَالُوا إِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ
(Peyğəmbər) dedi: «Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?» Onlar dedilər: «Biz sizinlə göndərilənləri inkar edirik».
43:24 -
فَانْتَقَمْنَا مِنْهُمْ ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
Biz də onlardan intiqam aldıq. Bir gör (haqqı) yalan sayanların aqibəti necə oldu.
43:25
Tərcümə: Əlixan Musayev