Surə 46 Əl-Əhqaf (Əhqaf), ayə 1 – 10

  1. حم

    Ha. Mim.

    46:1
  2. تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ

    Bu Kitab Qüdrətli, Müdrik Allah tərəfindən nazil edilmişdir.

    46:2
  3. مَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ وَأَجَلٍ مُسَمًّى ۚ وَالَّذِينَ كَفَرُوا عَمَّا أُنْذِرُوا مُعْرِضُونَ

    Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və müəyyən bir zaman kəsimi üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər.

    46:3
  4. قُلْ أَرَأَيْتُمْ مَا تَدْعُونَ مِنْ دُونِ اللَّهِ أَرُونِي مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِي السَّمَاوَاتِ ۖ ائْتُونِي بِكِتَابٍ مِنْ قَبْلِ هَٰذَا أَوْ أَثَارَةٍ مِنْ عِلْمٍ إِنْ كُنْتُمْ صَادِقِينَ

    De: «Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin (yaradılmasında) bir şərikliyi var?! Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya elmdən qalan bir əsər gətirin.»

    46:4
  5. وَمَنْ أَضَلُّ مِمَّنْ يَدْعُو مِنْ دُونِ اللَّهِ مَنْ لَا يَسْتَجِيبُ لَهُ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ وَهُمْ عَنْ دُعَائِهِمْ غَافِلُونَ

    Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən bütlərə yalvaran kimsədən daha çox azmış kim ola bilər?! Halbuki (o bütlər) onların yalvarışından xəbərsizdirlər.

    46:5
  6. وَإِذَا حُشِرَ النَّاسُ كَانُوا لَهُمْ أَعْدَاءً وَكَانُوا بِعِبَادَتِهِمْ كَافِرِينَ

    İnsanlar bir yerə toplanacaqları zaman (bütlər) onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər.

    46:6
  7. وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلْحَقِّ لَمَّا جَاءَهُمْ هَٰذَا سِحْرٌ مُبِينٌ

    Ayələrimiz onlara aydın şəkildə oxunarkən, artıq haqqın gəldiyini görüb onu inkar edən kafirlər: «Bu, açıq-aydın bir sehrdir!» – deyirlər.

    46:7
  8. أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ إِنِ افْتَرَيْتُهُ فَلَا تَمْلِكُونَ لِي مِنَ اللَّهِ شَيْئًا ۖ هُوَ أَعْلَمُ بِمَا تُفِيضُونَ فِيهِ ۖ كَفَىٰ بِهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ ۖ وَهُوَ الْغَفُورُ الرَّحِيمُ

    Yaxud: «O bunu özündən uydurmuşdur!» – deyirlər. De: «Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan gələn heç bir (cəzadan) xilas edə bilməzsiniz. O sizin (Quran) haqqındakı söz-söhbətlərinizi daha yaxşı bilir. Mənimlə sizin aranızda şahid kimi (Allah) yetər. O, Bağışlayandır, Rəhmlidir».

    46:8
  9. قُلْ مَا كُنْتُ بِدْعًا مِنَ الرُّسُلِ وَمَا أَدْرِي مَا يُفْعَلُ بِي وَلَا بِكُمْ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ وَمَا أَنَا إِلَّا نَذِيرٌ مُبِينٌ

    De: «Mən peyğəmbərlərin birincisi deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən sadəcə mənə vəhy olunana tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!»

    46:9
  10. قُلْ أَرَأَيْتُمْ إِنْ كَانَ مِنْ عِنْدِ اللَّهِ وَكَفَرْتُمْ بِهِ وَشَهِدَ شَاهِدٌ مِنْ بَنِي إِسْرَائِيلَ عَلَىٰ مِثْلِهِ فَآمَنَ وَاسْتَكْبَرْتُمْ ۖ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

    De: «Bir deyin görək, əgər (bu) (Quran) Allah tərəfindəndirsə və siz də onu inkar etmisinizsə, İsrail oğullarından da bir şahid onun bənzərinə şahidlik edib iman gətirib, siz isə təkəbbür göstərmisinizsə, (o halda) (zülm etmiş olmazsınızmı)?! Allah zalımları doğru yola yönəltməz!»

    46:10

Tərcümə: Əlixan Musayev