Surə 4 Ən-Nisa (Nisa), ayə 26 – 27
-
يُرِيدُ اللَّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ الَّذِينَ مِنْ قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
Allah sizə (şəriət hökmlərini) bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
4:26 -
وَاللَّهُ يُرِيدُ أَنْ يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَنْ تَمِيلُوا مَيْلًا عَظِيمًا
Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Ehtiraslarına uyanlar isə sizin (haqq) yoldan büsbütün çıxmanızı istəyirlər.
4:27
Tərcümə: Əlixan Musayev