Surə 50 Qaf, ayə 16 – 29

  1. وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ

    İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.

    50:16
  2. إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ

    Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır).

    50:17
  3. مَا يَلْفِظُ مِنْ قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ

    Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın.

    50:18
  4. وَجَاءَتْ سَكْرَةُ الْمَوْتِ بِالْحَقِّ ۖ ذَٰلِكَ مَا كُنْتَ مِنْهُ تَحِيدُ

    Ölüm bihuşluğu həqiqətən gələcək. (Ey insan!) Bu, sənin uzaq qaçdığın şeydir.

    50:19
  5. وَنُفِخَ فِي الصُّورِ ۚ ذَٰلِكَ يَوْمُ الْوَعِيدِ

    Sur üfürüləcək. Bu, vəd olunmuş təhdid günüdür.

    50:20
  6. وَجَاءَتْ كُلُّ نَفْسٍ مَعَهَا سَائِقٌ وَشَهِيدٌ

    Hər kəs onu qova-qova (məhşərə) gətirənlə və bir də (əməllərinə) şahidlik edənlə (birlikdə) gələcək.

    50:21
  7. لَقَدْ كُنْتَ فِي غَفْلَةٍ مِنْ هَٰذَا فَكَشَفْنَا عَنْكَ غِطَاءَكَ فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ

    Sən (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!»

    50:22
  8. وَقَالَ قَرِينُهُ هَٰذَا مَا لَدَيَّ عَتِيدٌ

    Yoldaşı [şahid mələk] deyəcək: «Bu yanımdakı hazırdır!»

    50:23
  9. أَلْقِيَا فِي جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍ

    (Allah buyuracaq:) «Atın Cəhənnəmə hər bir inadcıl kafiri,

    50:24
  10. مَنَّاعٍ لِلْخَيْرِ مُعْتَدٍ مُرِيبٍ

    xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni,

    50:25
  11. الَّذِي جَعَلَ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَأَلْقِيَاهُ فِي الْعَذَابِ الشَّدِيدِ

    başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!»

    50:26
  12. قَالَ قَرِينُهُ رَبَّنَا مَا أَطْغَيْتُهُ وَلَٰكِنْ كَانَ فِي ضَلَالٍ بَعِيدٍ

    Yoldaşı (şeytan) deyəcək: «Ey Rəbbimiz! Onu mən yoldan çıxartmadım, əksinə, o özü dərin azğınlıq içində idi!»

    50:27
  13. قَالَ لَا تَخْتَصِمُوا لَدَيَّ وَقَدْ قَدَّمْتُ إِلَيْكُمْ بِالْوَعِيدِ

    (Allah) buyuracaq: «Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.

    50:28
  14. مَا يُبَدَّلُ الْقَوْلُ لَدَيَّ وَمَا أَنَا بِظَلَّامٍ لِلْعَبِيدِ

    Mənim Sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!»

    50:29

Tərcümə: Əlixan Musayev