Surə 51 Əz-Zəriyət (Zəriyət), ayə 24 – 28
-
هَلْ أَتَاكَ حَدِيثُ ضَيْفِ إِبْرَاهِيمَ الْمُكْرَمِينَ
İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?
51:24 -
إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ قَوْمٌ مُنْكَرُونَ
Onlar onun yanına daxil olub: «(Sənə) salam olsun!» – dedilər. (İbrahim:) «Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!» – dedi.
51:25 -
فَرَاغَ إِلَىٰ أَهْلِهِ فَجَاءَ بِعِجْلٍ سَمِينٍ
O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov (qızardıb) gətirdi.
51:26 -
فَقَرَّبَهُ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ
Onu onların qabağına qoyub dedi: «Yemək yemirsinizmi?»
51:27 -
فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَامٍ عَلِيمٍ
O, (qonaqların yemədiklərini görüb) onlardan qorxuya düşdü. Onlar: «Qorxma!» – dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.
51:28
Tərcümə: Əlixan Musayev