Surə 51 Əz-Zəriyət (Zəriyət), ayə 47 – 60

  1. وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ

    Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.

    51:47
  2. وَالْأَرْضَ فَرَشْنَاهَا فَنِعْمَ الْمَاهِدُونَ

    Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!

    51:48
  3. وَمِنْ كُلِّ شَيْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ

    Biz hər şeydən (erkək və dişi olmaqla) cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.

    51:49
  4. فَفِرُّوا إِلَى اللَّهِ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ

    (De:) «Elə isə, Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!

    51:50
  5. وَلَا تَجْعَلُوا مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ

    Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar xəbərdar edənəm!»

    51:51
  6. كَذَٰلِكَ مَا أَتَى الَّذِينَ مِنْ قَبْلِهِمْ مِنْ رَسُولٍ إِلَّا قَالُوا سَاحِرٌ أَوْ مَجْنُونٌ

    Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (onun barəsində): «Sehrbazdır, ya da dəlidir!» – deməsinlər.

    51:52
  7. أَتَوَاصَوْا بِهِ ۚ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ

    Yoxsa onlar bunu bir-birinə vəsiyyət etmişdilər?! Xeyr, onlar həddi aşmış bir qövmdür.

    51:53
  8. فَتَوَلَّ عَنْهُمْ فَمَا أَنْتَ بِمَلُومٍ

    Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan.

    51:54
  9. وَذَكِّرْ فَإِنَّ الذِّكْرَىٰ تَنْفَعُ الْمُؤْمِنِينَ

    Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.

    51:55
  10. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ

    Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.

    51:56
  11. مَا أُرِيدُ مِنْهُمْ مِنْ رِزْقٍ وَمَا أُرِيدُ أَنْ يُطْعِمُونِ

    Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.

    51:57
  12. إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ

    Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.

    51:58
  13. فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا ذَنُوبًا مِثْلَ ذَنُوبِ أَصْحَابِهِمْ فَلَا يَسْتَعْجِلُونِ

    Şübhəsiz ki, zülm edənləri öz həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!

    51:59
  14. فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنْ يَوْمِهِمُ الَّذِي يُوعَدُونَ

    Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!

    51:60

Tərcümə: Əlixan Musayev