Surə 53 Ən-Nəcm (Nəcm), ayə 1 – 18

  1. وَالنَّجْمِ إِذَا هَوَىٰ

    And olsun batmaqda olan ulduza!

    53:1
  2. مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ

    Sizin yoldaşınız nə (haqdan) azmış, nə də (yoldan) çıxmışdır.

    53:2
  3. وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ

    O, öz istəyi ilə danışmır.

    53:3
  4. إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ

    Bu, ona təlqin edilən bir vəhydir.

    53:4
  5. عَلَّمَهُ شَدِيدُ الْقُوَىٰ

    Bunu ona çox qüvvətli olan öyrətdi –

    53:5
  6. ذُو مِرَّةٍ فَاسْتَوَىٰ

    gözəl görünüşlü (Cəbrail). O, yüksəlib (öz surətində göründü).

    53:6
  7. وَهُوَ بِالْأُفُقِ الْأَعْلَىٰ

    O, ən uca üfüqdə idi.

    53:7
  8. ثُمَّ دَنَا فَتَدَلَّىٰ

    Sonra (Muhəmmədə) yaxınlaşıb aşağı endi.

    53:8
  9. فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ

    O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi.

    53:9
  10. فَأَوْحَىٰ إِلَىٰ عَبْدِهِ مَا أَوْحَىٰ

    Sonra (Allah) Öz quluna nazil edəcəyini vəhy etdi.

    53:10
  11. مَا كَذَبَ الْفُؤَادُ مَا رَأَىٰ

    (Peyğəmbərin) qəlbi gördüyünü yalan saymadı.

    53:11
  12. أَفَتُمَارُونَهُ عَلَىٰ مَا يَرَىٰ

    İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz?

    53:12
  13. وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَىٰ

    Onu bir daha (öz sürətində) enərkən gördü –

    53:13
  14. عِنْدَ سِدْرَةِ الْمُنْتَهَىٰ

    son həddəki Sidr ağacının yanında.

    53:14
  15. عِنْدَهَا جَنَّةُ الْمَأْوَىٰ

    Məva cənnəti onun yanındadır.

    53:15
  16. إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَىٰ

    O zaman Sidr ağacını bürüyən bürümüşdü.

    53:16
  17. مَا زَاغَ الْبَصَرُ وَمَا طَغَىٰ

    (Peyğəmbərin) gözü yayınmadı və həddi aşmadı.

    53:17
  18. لَقَدْ رَأَىٰ مِنْ آيَاتِ رَبِّهِ الْكُبْرَىٰ

    O, öz Rəbbinin ən böyük dəlillərindən (bəzisini) gördü.

    53:18

Tərcümə: Əlixan Musayev