Surə 55 Ər-Rahmən (Rahmən), ayə 26 – 45
-
كُلُّ مَنْ عَلَيْهَا فَانٍ
(Yer) üzündə olan hər kəs ölməyə məhkumdur.
55:26 -
وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ
Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir.
55:27 -
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
55:28 -
يَسْأَلُهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ
Göylərdə və yerdə olan hər kəs (ehtiyacı olan şeyi) Ondan diləyir. Allah hər gün bir işdədir.
55:29 -
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
55:30 -
سَنَفْرُغُ لَكُمْ أَيُّهَ الثَّقَلَانِ
Ey ağır yükü olan (insan və cin tayfası!) Tezliklə ancaq sizinlə məşğul olacağıq.
55:31 -
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
55:32 -
يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنْسِ إِنِ اسْتَطَعْتُمْ أَنْ تَنْفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَانْفُذُوا ۚ لَا تَنْفُذُونَ إِلَّا بِسُلْطَانٍ
Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz.
55:33 -
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
55:34 -
يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِنْ نَارٍ وَنُحَاسٌ فَلَا تَنْتَصِرَانِ
Sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz.
55:35 -
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
55:36 -
فَإِذَا انْشَقَّتِ السَّمَاءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ
Göy yarılıb dağ edilmiş yağ, (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır.
55:37 -
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
55:38 -
فَيَوْمَئِذٍ لَا يُسْأَلُ عَنْ ذَنْبِهِ إِنْسٌ وَلَا جَانٌّ
O gün nə insan, nə də cin öz günahları barəsində sorğu-sual olunmayacaq.
55:39 -
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
55:40 -
يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ
Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.
55:41 -
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
55:42 -
هَٰذِهِ جَهَنَّمُ الَّتِي يُكَذِّبُ بِهَا الْمُجْرِمُونَ
Budur günahkarların yalan hesab etdikləri Cəhənnəm!
55:43 -
يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ آنٍ
Onlar onunla qaynar su arasında dolanacaqlar.
55:44 -
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
55:45
Tərcümə: Əlixan Musayev