Surə 56 Əl-Vaqiə (Vaqiə), ayə 1 – 14
-
إِذَا وَقَعَتِ الْوَاقِعَةُ
Vaqiə qopacağı zaman
56:1 -
لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ
onun qopduğunu heç kəs dana bilməz.
56:2 -
خَافِضَةٌ رَافِعَةٌ
O, (bəzilərini) alçaldacaq, (bəzilərini də) ucaldacaq.
56:3 -
إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّا
Yer şiddətlə titrədiyi zaman,
56:4 -
وَبُسَّتِ الْجِبَالُ بَسًّا
Dağlar parça-parça olub ovxalandığı
56:5 -
فَكَانَتْ هَبَاءً مُنْبَثًّا
və (ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman,
56:6 -
وَكُنْتُمْ أَزْوَاجًا ثَلَاثَةً
siz üç dəstəyə ayrılacaqsınız.
56:7 -
فَأَصْحَابُ الْمَيْمَنَةِ مَا أَصْحَابُ الْمَيْمَنَةِ
Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
56:8 -
وَأَصْحَابُ الْمَشْأَمَةِ مَا أَصْحَابُ الْمَشْأَمَةِ
Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
56:9 -
وَالسَّابِقُونَ السَّابِقُونَ
(Dünyada xeyirxah işlərdə) öndə gedənlər, (Cənnətdə də) öndədirlər!
56:10 -
أُولَٰئِكَ الْمُقَرَّبُونَ
Onlar (Allaha) yaxın olanlar,
56:11 -
فِي جَنَّاتِ النَّعِيمِ
Nəim cənnətlərində (qalacaq kimsələrdir).
56:12 -
ثُلَّةٌ مِنَ الْأَوَّلِينَ
Onların bir qismi əvvəlki ümmətlərlərdən,
56:13 -
وَقَلِيلٌ مِنَ الْآخِرِينَ
az bir qismi də axırıncılardandır.
56:14
Tərcümə: Əlixan Musayev