Surə 57 Əl-Hədid (Hədid), ayə 13 – 15

  1. يَوْمَ يَقُولُ الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ لِلَّذِينَ آمَنُوا انْظُرُونَا نَقْتَبِسْ مِنْ نُورِكُمْ قِيلَ ارْجِعُوا وَرَاءَكُمْ فَالْتَمِسُوا نُورًا فَضُرِبَ بَيْنَهُمْ بِسُورٍ لَهُ بَابٌ بَاطِنُهُ فِيهِ الرَّحْمَةُ وَظَاهِرُهُ مِنْ قِبَلِهِ الْعَذَابُ

    O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: «(Bir az) gözləyin ki, biz də sizin nurunuzdan alaq» – deyəcəklər. (Onlara) deyiləcək: «Geriyə qayıdıb nur axtarın!» Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan, qapılı bir sədd çəkiləcək.

    57:13
  2. يُنَادُونَهُمْ أَلَمْ نَكُنْ مَعَكُمْ ۖ قَالُوا بَلَىٰ وَلَٰكِنَّكُمْ فَتَنْتُمْ أَنْفُسَكُمْ وَتَرَبَّصْتُمْ وَارْتَبْتُمْ وَغَرَّتْكُمُ الْأَمَانِيُّ حَتَّىٰ جَاءَ أَمْرُ اللَّهِ وَغَرَّكُمْ بِاللَّهِ الْغَرُورُ

    (Münafiqlər) onları səsləyib deyəcəklər: «Məgər biz sizinlə birlikdə deyildikmi?» (Möminlər) deyəcəklər: «Bəli, lakin siz öz-özünüzü aldadırdınız, (möminlərə bəla üz verməsini) gözləyirdiniz, (haqqa) şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan (şeytan) Allah barəsində sizi yaman aldatdı.

    57:14
  3. فَالْيَوْمَ لَا يُؤْخَذُ مِنْكُمْ فِدْيَةٌ وَلَا مِنَ الَّذِينَ كَفَرُوا ۚ مَأْوَاكُمُ النَّارُ ۖ هِيَ مَوْلَاكُمْ ۖ وَبِئْسَ الْمَصِيرُ

    Bu gün nə sizdən, nə də kafirlərdən fidyə qəbul olunar. Gedəcəyiniz yer də Oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!»

    57:15

Tərcümə: Əlixan Musayev