Surə 5 Əl-Maidə (Maidə), ayə 78 – 86
-
لُعِنَ الَّذِينَ كَفَرُوا مِنْ بَنِي إِسْرَائِيلَ عَلَىٰ لِسَانِ دَاوُودَ وَعِيسَى ابْنِ مَرْيَمَ ۚ ذَٰلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ
İsrail oğullarından kafir olanlar, Davudun və Məryəm oğlu İsanın dili ilə lənətlənmişdi. Bu, onların asi olmalarına və (Allahın qoyduğu) hədləri aşmalarına görə idi.
5:78 -
كَانُوا لَا يَتَنَاهَوْنَ عَنْ مُنْكَرٍ فَعَلُوهُ ۚ لَبِئْسَ مَا كَانُوا يَفْعَلُونَ
Onlar etdikləri pis əməllərdən bir-birlərini çəkindirmirdilər. Onların etdikləri necə də pisdir!
5:79 -
تَرَىٰ كَثِيرًا مِنْهُمْ يَتَوَلَّوْنَ الَّذِينَ كَفَرُوا ۚ لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنْفُسُهُمْ أَنْ سَخِطَ اللَّهُ عَلَيْهِمْ وَفِي الْعَذَابِ هُمْ خَالِدُونَ
Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir! (Buna görə də,) Allah onlara qəzəblənmişdir və onlar əzab içində əbədi qalacaqlar.
5:80 -
وَلَوْ كَانُوا يُؤْمِنُونَ بِاللَّهِ وَالنَّبِيِّ وَمَا أُنْزِلَ إِلَيْهِ مَا اتَّخَذُوهُمْ أَوْلِيَاءَ وَلَٰكِنَّ كَثِيرًا مِنْهُمْ فَاسِقُونَ
Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana iman gətirsəydilər, (müşrikləri) özlərinə dost tutmazdılar. Lakin onların çoxu günahkardırlar.
5:81 -
لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِلَّذِينَ آمَنُوا الْيَهُودَ وَالَّذِينَ أَشْرَكُوا ۖ وَلَتَجِدَنَّ أَقْرَبَهُمْ مَوَدَّةً لِلَّذِينَ آمَنُوا الَّذِينَ قَالُوا إِنَّا نَصَارَىٰ ۚ ذَٰلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًا وَأَنَّهُمْ لَا يَسْتَكْبِرُونَ
Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən. «Biz xaçpərəstik!» – deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər var və onlar təkəbbürlük göstərmirlər.
5:82 -
وَإِذَا سَمِعُوا مَا أُنْزِلَ إِلَى الرَّسُولِ تَرَىٰ أَعْيُنَهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ مِمَّا عَرَفُوا مِنَ الْحَقِّ ۖ يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ
(Allahın) elçisinə nazil ediləni dinlədikləri zaman, haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: «Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz!
5:83 -
وَمَا لَنَا لَا نُؤْمِنُ بِاللَّهِ وَمَا جَاءَنَا مِنَ الْحَقِّ وَنَطْمَعُ أَنْ يُدْخِلَنَا رَبُّنَا مَعَ الْقَوْمِ الصَّالِحِينَ
Rəbbimizin bizi əməlisaleh insanlarla birlikdə (Cənnətə) daxil edəcəyinə ümid etmiyimiz halda, nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq?!»
5:84 -
فَأَثَابَهُمُ اللَّهُ بِمَا قَالُوا جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَاءُ الْمُحْسِنِينَ
Belə dediklərinə görə, Allah onlara altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər verdi. Yaxşı iş görənlərin mükafatı budur.
5:85 -
وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَٰئِكَ أَصْحَابُ الْجَحِيمِ
Kafir olub ayələrimizi yalan sayanlar cəhənnəmlikdirlər.
5:86
Tərcümə: Əlixan Musayev