Surə 68 Əl-Qaləm (Qaləm), ayə 1 – 14
-
ن ۚ وَالْقَلَمِ وَمَا يَسْطُرُونَ
Nun. And olsun qələmə və qələmə alınanlara!
68:1 -
مَا أَنْتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ
Məhz Rəbbinin mərhəməti sayəsində sən dəli deyilsən.
68:2 -
وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
68:3 -
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
68:4 -
فَسَتُبْصِرُ وَيُبْصِرُونَ
Sən də görəcəksən, onlar da –
68:5 -
بِأَيْيِكُمُ الْمَفْتُونُ
hansınızın dəli olduğunu.
68:6 -
إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
68:7 -
فَلَا تُطِعِ الْمُكَذِّبِينَ
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə.
68:8 -
وَدُّوا لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ
(Müşriklər) istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə) güzəşt etsinlər.
68:9 -
وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَهِينٍ
İtaət etmə hər tez-tez and içənə, alçağa,
68:10 -
هَمَّازٍ مَشَّاءٍ بِنَمِيمٍ
qeybət edənə, dedi-qodu yayana,
68:11 -
مَنَّاعٍ لِلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ
xeyrə mane olana, həddi aşana, günahkara,
68:12 -
عُتُلٍّ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ
daş ürəkliyə, bunlardan sonra da (başqasının adını mənimsəyən) fırıldaqçıya –
68:13 -
أَنْ كَانَ ذَا مَالٍ وَبَنِينَ
o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə.
68:14
Tərcümə: Əlixan Musayev