Surə 68 Əl-Qaləm (Qaləm), ayə 17 – 33

  1. إِنَّا بَلَوْنَاهُمْ كَمَا بَلَوْنَا أَصْحَابَ الْجَنَّةِ إِذْ أَقْسَمُوا لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ

    Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman (bağ sahibləri) səhər açılanda (bağda olan meyvələri) mütləq dərəcəklərinə and içmişdilər

    68:17
  2. وَلَا يَسْتَثْنُونَ

    və heç bir istisna da etməmişdilər [«inşallah» deməmişdilər].

    68:18
  3. فَطَافَ عَلَيْهَا طَائِفٌ مِنْ رَبِّكَ وَهُمْ نَائِمُونَ

    Onlar yuxuda ikən Rəbbinin əzabı (o bağı) bürüdü.

    68:19
  4. فَأَصْبَحَتْ كَالصَّرِيمِ

    (Bağ) (yanıb) zülmət gecə kimi (qapqara) oldu.

    68:20
  5. فَتَنَادَوْا مُصْبِحِينَ

    Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar:

    68:21
  6. أَنِ اغْدُوا عَلَىٰ حَرْثِكُمْ إِنْ كُنْتُمْ صَارِمِينَ

    «Əgər (meyvə) dərəcəksinizsə, bağınıza erkən gedin!»

    68:22
  7. فَانْطَلَقُوا وَهُمْ يَتَخَافَتُونَ

    Onlar (bağa) yollandılar, (yol boyu da) bir-birlərinə (belə) pıçıldayırdılar:

    68:23
  8. أَنْ لَا يَدْخُلَنَّهَا الْيَوْمَ عَلَيْكُمْ مِسْكِينٌ

    «Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!»

    68:24
  9. وَغَدَوْا عَلَىٰ حَرْدٍ قَادِرِينَ

    Onlar bu məqsədlə (kasıbları bağa buraxmamağa) qadir olacaqlarını zənn edib erkən getdilər.

    68:25
  10. فَلَمَّا رَأَوْهَا قَالُوا إِنَّا لَضَالُّونَ

    (Bağı) görəndə isə (belə) dedilər: «Deyəsən, biz düz gəlməmişik!

    68:26
  11. بَلْ نَحْنُ مَحْرُومُونَ

    Xeyr! Biz (bu bağın xeyrindən) məhrum olmuşuq!»

    68:27
  12. قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُلْ لَكُمْ لَوْلَا تُسَبِّحُونَ

    Onların ən insaflısı dedi: «Məgər mən sizə (Allahın şəninə) təriflər söyləyin demədimmi?»

    68:28
  13. قَالُوا سُبْحَانَ رَبِّنَا إِنَّا كُنَّا ظَالِمِينَ

    Onlar dedilər: «Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!»

    68:29
  14. فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَلَاوَمُونَ

    Onlar dönüb bir-birlərini qınamağa başladılar

    68:30
  15. قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا طَاغِينَ

    (və) dedilər: «Vay halımıza! Biz həddi aşanlarıq!

    68:31
  16. عَسَىٰ رَبُّنَا أَنْ يُبْدِلَنَا خَيْرًا مِنْهَا إِنَّا إِلَىٰ رَبِّنَا رَاغِبُونَ

    Ola bilsin ki, Rəbbimiz bizə (bu bağın) əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik».

    68:32
  17. كَذَٰلِكَ الْعَذَابُ ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ

    (Dünyadakı) əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər!

    68:33

Tərcümə: Əlixan Musayev