Surə 68 Əl-Qaləm (Qaləm), ayə 8 – 15

  1. فَلَا تُطِعِ الْمُكَذِّبِينَ

    Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə.

    68:8
  2. وَدُّوا لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ

    (Müşriklər) istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə) güzəşt etsinlər.

    68:9
  3. وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَهِينٍ

    İtaət etmə hər tez-tez and içənə, alçağa,

    68:10
  4. هَمَّازٍ مَشَّاءٍ بِنَمِيمٍ

    qeybət edənə, dedi-qodu yayana,

    68:11
  5. مَنَّاعٍ لِلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ

    xeyrə mane olana, həddi aşana, günahkara,

    68:12
  6. عُتُلٍّ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ

    daş ürəkliyə, bunlardan sonra da (başqasının adını mənimsəyən) fırıldaqçıya –

    68:13
  7. أَنْ كَانَ ذَا مَالٍ وَبَنِينَ

    o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə.

    68:14
  8. إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ

    Ayələrimiz ona oxunduğu zaman: «Bu, keçmişdəkilərin əsatirlərindəndir!» – deyər.

    68:15

Tərcümə: Əlixan Musayev