Surə 69 Əl-Haqqə (Haqqə), ayə 38 – 47
-
فَلَا أُقْسِمُ بِمَا تُبْصِرُونَ
And içirəm həm gördüklərinizə,
69:38 -
وَمَا لَا تُبْصِرُونَ
həm də görmədiklərinizə!
69:39 -
إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ
Bu, möhtərəm bir Elçinin sözüdür.
69:40 -
وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ۚ قَلِيلًا مَا تُؤْمِنُونَ
O, şair sözü deyil! Necə də az inanırsınız!
69:41 -
وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَا تَذَكَّرُونَ
O, kahin sözü də deyil! Necə də az düşünürsünüz!
69:42 -
تَنْزِيلٌ مِنْ رَبِّ الْعَالَمِينَ
O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir!
69:43 -
وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ
Əgər (Muhəmməd) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,
69:44 -
لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ
Biz onu sağ əlindən yaxalayar,
69:45 -
ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ
sonra da şah damarını kəsərdik.
69:46 -
فَمَا مِنْكُمْ مِنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ
İçərinizdən heç kəs buna mane ola bilməzdi.
69:47
Tərcümə: Əlixan Musayev