Surə 71 Nuh ((Peyğəmbər) Nuh)

  1. قَالَ نُوحٌ رَبِّ إِنَّهُمْ عَصَوْنِي وَاتَّبَعُوا مَنْ لَمْ يَزِدْهُ مَالُهُ وَوَلَدُهُ إِلَّا خَسَارًا

    Nuh dedi: «Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular.

    71:21
  2. وَمَكَرُوا مَكْرًا كُبَّارًا

    Onlar (mənə qarşı) böyük bir hiylə işlətdilər

    71:22
  3. وَقَالُوا لَا تَذَرُنَّ آلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا

    və (özlərinə tabe olanlara) dedilər: «Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvanı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!»

    71:23
  4. وَقَدْ أَضَلُّوا كَثِيرًا ۖ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا ضَلَالًا

    Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma».

    71:24
  5. مِمَّا خَطِيئَاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا نَارًا فَلَمْ يَجِدُوا لَهُمْ مِنْ دُونِ اللَّهِ أَنْصَارًا

    Onlar öz günahlarına görə (suya) qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar.

    71:25
  6. وَقَالَ نُوحٌ رَبِّ لَا تَذَرْ عَلَى الْأَرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًا

    Nuh dedi: «Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!

    71:26
  7. إِنَّكَ إِنْ تَذَرْهُمْ يُضِلُّوا عِبَادَكَ وَلَا يَلِدُوا إِلَّا فَاجِرًا كَفَّارًا

    Əgər Sən onları (sağ) qoysan, onlar (Sənin) qullarını azdıracaq və yalnız günahkar, kafir (övladlar) doğub-törədəcəklər.

    71:27
  8. رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَنْ دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا تَبَارًا

    Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır».

    71:28

Tərcümə: Əlixan Musayev