Surə 72 Əl-Cinn (Cinn)

  1. قُلْ أُوحِيَ إِلَيَّ أَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِنَ الْجِنِّ فَقَالُوا إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًا

    De: «Mənə vəhy olundu ki, cinlərdən bir dəstə (Quranı) dinlədikdən sonra (öz tayfalarına qayıdıb) dedilər: «Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik!

    72:1
  2. يَهْدِي إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ ۖ وَلَنْ نُشْرِكَ بِرَبِّنَا أَحَدًا

    O, doğru yola yönəldir. Biz ona iman gətirdik və (bundan sonra) əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.

    72:2
  3. وَأَنَّهُ تَعَالَىٰ جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَلَا وَلَدًا

    Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır.

    72:3
  4. وَأَنَّهُ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى اللَّهِ شَطَطًا

    Bizim səfehimiz (İblis) Allaha qarşı hədsiz (yalanlar) danışır.

    72:4
  5. وَأَنَّا ظَنَنَّا أَنْ لَنْ تَقُولَ الْإِنْسُ وَالْجِنُّ عَلَى اللَّهِ كَذِبًا

    Biz elə güman edirdik ki, nə insanlar, nə də cinlər Allah barəsində əsla yalan söyləməzlər.

    72:5
  6. وَأَنَّهُ كَانَ رِجَالٌ مِنَ الْإِنْسِ يَعُوذُونَ بِرِجَالٍ مِنَ الْجِنِّ فَزَادُوهُمْ رَهَقًا

    Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. (Bu isə) onların azğınlığını artırırdı.

    72:6
  7. وَأَنَّهُمْ ظَنُّوا كَمَا ظَنَنْتُمْ أَنْ لَنْ يَبْعَثَ اللَّهُ أَحَدًا

    Onlar da siz zənn etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri diriltməyəcək.

    72:7
  8. وَأَنَّا لَمَسْنَا السَّمَاءَ فَوَجَدْنَاهَا مُلِئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًا

    Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq.

    72:8
  9. وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ ۖ فَمَنْ يَسْتَمِعِ الْآنَ يَجِدْ لَهُ شِهَابًا رَصَدًا

    Halbuki (daha öncə) biz (mələklərin söhbətinə) qulaq asmaq üçün göyün bəzi yerlərində otururduq. Amma kim indi (onları) dinləmək istəsə, o, pusquda gözləyən yandırıb-yaxan alova rast gələr.

    72:9
  10. وَأَنَّا لَا نَدْرِي أَشَرٌّ أُرِيدَ بِمَنْ فِي الْأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا

    Biz bilmirik, (bununla) yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?

    72:10
  11. وَأَنَّا مِنَّا الصَّالِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَ ۖ كُنَّا طَرَائِقَ قِدَدًا

    Əlbəttə, aramızda saleh əməl sahibləri də, onlar kimi olmayanları da var. Biz ayrı-ayrı yollar tutmuşuq.

    72:11
  12. وَأَنَّا ظَنَنَّا أَنْ لَنْ نُعْجِزَ اللَّهَ فِي الْأَرْضِ وَلَنْ نُعْجِزَهُ هَرَبًا

    Biz yəqin etdik ki, yer üzündə Allahdan yaxa qurtara bilmərik. (Göyə) qaçmalı olsaq da Onun əzabından yayına bilməyəcəyik.

    72:12
  13. وَأَنَّا لَمَّا سَمِعْنَا الْهُدَىٰ آمَنَّا بِهِ ۖ فَمَنْ يُؤْمِنْ بِرَبِّهِ فَلَا يَخَافُ بَخْسًا وَلَا رَهَقًا

    Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən kəs, nə (savabının) azalmasından, nə də haqsızlığa uğramaqdan qorxar.

    72:13
  14. وَأَنَّا مِنَّا الْمُسْلِمُونَ وَمِنَّا الْقَاسِطُونَ ۖ فَمَنْ أَسْلَمَ فَأُولَٰئِكَ تَحَرَّوْا رَشَدًا

    Sözsüz ki, bizlərdən müsəlmanlar da var, (doğru yoldan) sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır.

    72:14
  15. وَأَمَّا الْقَاسِطُونَ فَكَانُوا لِجَهَنَّمَ حَطَبًا

    (Doğru yoldan) sapanlar Cəhənnəm üçün odun olacaqlar».

    72:15
  16. وَأَنْ لَوِ اسْتَقَامُوا عَلَى الطَّرِيقَةِ لَأَسْقَيْنَاهُمْ مَاءً غَدَقًا

    Əgər onlar o yolda sabit qalsaydılar, Biz onlara bol-bol su verərdik.

    72:16
  17. لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَمَنْ يُعْرِضْ عَنْ ذِكْرِ رَبِّهِ يَسْلُكْهُ عَذَابًا صَعَدًا

    (Belə edərdik) ki, bununla onları sınayaq. Kim öz Rəbbinin zikrindən üz döndərərsə, O, həmin şəxsi getdikcə artan şiddətli bir əzaba məruz qoyar.

    72:17
  18. وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا

    Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etməyin!

    72:18
  19. وَأَنَّهُ لَمَّا قَامَ عَبْدُ اللَّهِ يَدْعُوهُ كَادُوا يَكُونُونَ عَلَيْهِ لِبَدًا

    Allahın qulu qalxıb Allaha dua etdikdə (cinlər) az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar.

    72:19
  20. قُلْ إِنَّمَا أَدْعُو رَبِّي وَلَا أُشْرِكُ بِهِ أَحَدًا

    De: «Mən yalnız öz Rəbbimə dua edirəm və heç kəsi Ona şərik qoşmuram!»

    72:20

Tərcümə: Əlixan Musayev

Surə 72 Əl-Cinn (Cinn)