Surə 74 Əl-Muddəssir (Muddəssir), ayə 32 – 56
-
كَلَّا وَالْقَمَرِ
Xeyr! And olsun aya!
74:32 -
وَاللَّيْلِ إِذْ أَدْبَرَ
And olsun dönüb uzaqlaşan gecəyə!
74:33 -
وَالصُّبْحِ إِذَا أَسْفَرَ
And olsun ağarmaqda olan sübh çağına!
74:34 -
إِنَّهَا لَإِحْدَى الْكُبَرِ
Doğrudan da o (Cəhənnəm) ən böyük (fəlakətdir),
74:35 -
نَذِيرًا لِلْبَشَرِ
həm bəşəriyyət üçün xəbərdarlıqdır,
74:36 -
لِمَنْ شَاءَ مِنْكُمْ أَنْ يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ
həm də sizlərdən (yaxşı işlər görüb) irəli çıxmaq və ya (günah edib) geriyə düşmək istəyənlər üçün.
74:37 -
كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ
Hər bir kəs qazandığının girovuna çevrilir,
74:38 -
إِلَّا أَصْحَابَ الْيَمِينِ
sağ tərəf sahiblərindən başqa.
74:39 -
فِي جَنَّاتٍ يَتَسَاءَلُونَ
Onlar cənnətlərdə bir-birlərindən soruşacaqlar –
74:40 -
عَنِ الْمُجْرِمِينَ
günahkarlar barəsində.
74:41 -
مَا سَلَكَكُمْ فِي سَقَرَ
Sizi Səqərə salan nədir?
74:42 -
قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ
Onlar deyəcəklər: «Biz namaz qılanlardan deyildik.
74:43 -
وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ
Kasıbı da yedizdirməzdik.
74:44 -
وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ
(Batil sözlər) danışanlarla birlikdə biz də danışardıq,
74:45 -
وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ
və Haqq-hesab gününü yalan hesab edərdik –
74:46 -
حَتَّىٰ أَتَانَا الْيَقِينُ
(ölüm) yəqinliyi bizə gələnə qədər».
74:47 -
فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشَّافِعِينَ
Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz.
74:48 -
فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِينَ
Onlara nə olub ki, nəsihətdən üz döndərirlər?
74:49 -
كَأَنَّهُمْ حُمُرٌ مُسْتَنْفِرَةٌ
Sanki ürküdülmüş (vəhşi) uzunqulaqlardır ki,
74:50 -
فَرَّتْ مِنْ قَسْوَرَةٍ
ovçulardan (yaxud aslandan) qaçırlar.
74:51 -
بَلْ يُرِيدُ كُلُّ امْرِئٍ مِنْهُمْ أَنْ يُؤْتَىٰ صُحُفًا مُنَشَّرَةً
Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin (məhz) ona verilməsini istəyir.
74:52 -
كَلَّا ۖ بَلْ لَا يَخَافُونَ الْآخِرَةَ
Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar.
74:53 -
كَلَّا إِنَّهُ تَذْكِرَةٌ
Xeyr! Bu (Quran) bir nəsihətdir.
74:54 -
فَمَنْ شَاءَ ذَكَرَهُ
İstəyən onu xatırlayar.
74:55 -
وَمَا يَذْكُرُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ هُوَ أَهْلُ التَّقْوَىٰ وَأَهْلُ الْمَغْفِرَةِ
(Bilin ki,) Allah istəmədikcə onlar xatırlaya bilməzlər. (Mütləq qüdrətindən) qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!
74:56
Tərcümə: Əlixan Musayev