Surə 76 Əl-İnsan (İnsan)
-
عَالِيَهُمْ ثِيَابُ سُنْدُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ ۖ وَحُلُّوا أَسَاوِرَ مِنْ فِضَّةٍ وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا
Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər taxılacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcək.
76:21 -
إِنَّ هَٰذَا كَانَ لَكُمْ جَزَاءً وَكَانَ سَعْيُكُمْ مَشْكُورًا
(Onlara deyiləcək): «Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir».
76:22 -
إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ الْقُرْآنَ تَنْزِيلًا
Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.
76:23 -
فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ آثِمًا أَوْ كَفُورًا
Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbir et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!
76:24 -
وَاذْكُرِ اسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلًا
Səhər-axşam Rəbbinin adını zikr et!
76:25 -
وَمِنَ اللَّيْلِ فَاسْجُدْ لَهُ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا
Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de!
76:26 -
إِنَّ هَٰؤُلَاءِ يُحِبُّونَ الْعَاجِلَةَ وَيَذَرُونَ وَرَاءَهُمْ يَوْمًا ثَقِيلًا
Həqiqətən, bunlar ötəri dünyanı üstün tutaraq (qarşılarındakı) ağır günə etinasız yanaşırlar.
76:27 -
نَحْنُ خَلَقْنَاهُمْ وَشَدَدْنَا أَسْرَهُمْ ۖ وَإِذَا شِئْنَا بَدَّلْنَا أَمْثَالَهُمْ تَبْدِيلًا
Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, (onları) özlərinə bənzərləri ilə dəyişdirərik.
76:28 -
إِنَّ هَٰذِهِ تَذْكِرَةٌ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا
Həqiqətən, bu bir ibrətdir. Kim istəsə Rəbbinə doğru aparan bir yol tutar.
76:29 -
وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
76:30 -
يُدْخِلُ مَنْ يَشَاءُ فِي رَحْمَتِهِ ۚ وَالظَّالِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًا
O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır.
76:31
Tərcümə: Əlixan Musayev