Surə 7 Əl-Əraf (Əraf), ayə 74 – 77

  1. وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِنْ بَعْدِ عَادٍ وَبَوَّأَكُمْ فِي الْأَرْضِ تَتَّخِذُونَ مِنْ سُهُولِهَا قُصُورًا وَتَنْحِتُونَ الْجِبَالَ بُيُوتًا ۖ فَاذْكُرُوا آلَاءَ اللَّهِ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ

    Xatırlayın ki, (Allah) sizi Ad qövmündən sonra xələflər etdi və yer üzündə yerləşdirdi. Siz də onun düzənliklərində qəsrlər tikir, dağlarda evlər yonursunuz. Allahın nemətlərini yada salın, yer üzündə fəsad yayaraq pis işlər görməyin».

    7:74
  2. قَالَ الْمَلَأُ الَّذِينَ اسْتَكْبَرُوا مِنْ قَوْمِهِ لِلَّذِينَ اسْتُضْعِفُوا لِمَنْ آمَنَ مِنْهُمْ أَتَعْلَمُونَ أَنَّ صَالِحًا مُرْسَلٌ مِنْ رَبِّهِ ۚ قَالُوا إِنَّا بِمَا أُرْسِلَ بِهِ مُؤْمِنُونَ

    Onun qövmünün təkəbbürlü zadəganları öz aralarından iman gətirən zəiflərə dedilər: «Siz Salehin öz Rəbbi tərəfindən göndərildiyini bilirsinizmi?» Onlar dedilər: «Həqiqətən, biz onunla göndərilən hər şeyə inanırıq».

    7:75
  3. قَالَ الَّذِينَ اسْتَكْبَرُوا إِنَّا بِالَّذِي آمَنْتُمْ بِهِ كَافِرُونَ

    Təkəbbür göstərən (başçılar) dedilər: «Həqiqətən, biz sizin inandığınızı inkar edirik».

    7:76
  4. فَعَقَرُوا النَّاقَةَ وَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ وَقَالُوا يَا صَالِحُ ائْتِنَا بِمَا تَعِدُنَا إِنْ كُنْتَ مِنَ الْمُرْسَلِينَ

    Onlar dişi dəvənin diz vətərini kəsdilər və (beləliklə) (də) Rəbbinin əmrindən çıxıb: «Ey Saleh! Əgər sən (göndərilən) elçilərdənsənsə, bizə vəd etdiyin əzabı gətir» – dedilər.

    7:77

Tərcümə: Əlixan Musayev