Surə 82 Əl-İnfitar (İnfitar), ayə 1 – 16
-
إِذَا السَّمَاءُ انْفَطَرَتْ
Göy parçalanacağı zaman;
82:1 -
وَإِذَا الْكَوَاكِبُ انْتَثَرَتْ
ulduzlar səpələnəcəyi zaman;
82:2 -
وَإِذَا الْبِحَارُ فُجِّرَتْ
dənizlər daşıb bir-birinə qarışacağı zaman;
82:3 -
وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ
qəbirlər çevriləcəyi zaman;
82:4 -
عَلِمَتْ نَفْسٌ مَا قَدَّمَتْ وَأَخَّرَتْ
hər kəs əvvəlcədən (özü üçün) nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcək.
82:5 -
يَا أَيُّهَا الْإِنْسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ
Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir?
82:6 -
الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ
O Rəbbin ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.
82:7 -
فِي أَيِّ صُورَةٍ مَا شَاءَ رَكَّبَكَ
Səni istədiyi şəklə saldı.
82:8 -
كَلَّا بَلْ تُكَذِّبُونَ بِالدِّينِ
Xeyr! Əksinə, siz (Qiyaməti) yalan hesab edirsiniz!
82:9 -
وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَ
Həqiqətən, sizin üstünüzdə nəzarətçilər var –
82:10 -
كِرَامًا كَاتِبِينَ
çox möhtərəm, (əməllərinizi) yazanlar.
82:11 -
يَعْلَمُونَ مَا تَفْعَلُونَ
Onlar sizin nə etdiklərinizi bilirlər.
82:12 -
إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ
Həqiqətən, yaxşılar nemət içində olacaqlar.
82:13 -
وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ
Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar.
82:14 -
يَصْلَوْنَهَا يَوْمَ الدِّينِ
Onlar ora Haqq-hesab günü girəcəklər.
82:15 -
وَمَا هُمْ عَنْهَا بِغَائِبِينَ
Onlar əsla ondan yayına bilməyəcəklər.
82:16
Tərcümə: Əlixan Musayev